Koronavirusa yoluxan insanlarda immunitet yaranmır - Şok müsahibə

14-06-2020, 09:35           
Koronavirusa yoluxan insanlarda immunitet yaranmır - Şok müsahibə
Elmi-Məlumat, Tədris və Təşkilati-Metodik Bölmənin rəhbəri tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Yazgül Abdıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Koronavirus nədir?

- Yeni növ koronavirusun hesabatları ilk dəfə 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərində ortaya çıxdı.

Koronaviruslar ümumi viruslar qrupudur. ABŞ Milli Tibb Kitabxanasından verilən məlumata görə, bəziləri yalnız heyvanlara (yarasalar, pişiklər, dəvələr və mal-qara kimi), digərləri isə insanlara təsir edir.

COVID-19 adi soyuqluq kimi kiçik və ya bronxit, sətəlcəm və böyrək çatışmazlığı kimi böyük xəstəliklərə, ən ağır halda isə ölümə səbəb ola bilər. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (Centers for Disease Control and Prevention - CDC) görə bu, bilinən yeddinci koronavirus növüdür.

- Gözlərimizi necə qorumaq olar?

- Koronavirusla gözlər arasındakı əlaqə mürəkkəbdir. Hər bir kəs virusun olduğu bir səthə və ya əşyaya, üzərində COVID -19 olan bir hissəyə toxunaraq daha sonra ağzına, burnuna və ya gözlərinə toxunduğu zaman, bu virusa yoluxa bilmə ehtimalları var.

Wang adlı bir şəxs, sol gözünün iltihablandığını, ardından qızdırma və burnunda, boğazında selik əmələ gəldiyini bildirdi. Sonradan ona yeni növ koronavirus diaqnozu qoyuldu. South China Morning Post qəzetinə görə Wang, qoruyucu gözlük taxmadığı üçün virusun sol gözünə girdiyini düşünür. Wangın vəziyyətində, o deyir ki, yoluxmuş bir insandan gələn tənəffüs damlaları gözlərinə və ya digər selikli qişalarına çata bilər.

Virusa yoluxan 1099 xəstənin (0.8%) də qırmızı göz sindromu qeydə alınıb. Bu da ki, həmin xəstələrdə olan patalogiya ilə bağlıdır. Yəni, biz maska taxırıq, eyni zamanda, qoruyucu normada da eynəklər olmalıdır. Çünki xəstə insan asqıranda, öskürəndə hava damcı yolu ilə konyunktivalın - yəni gözün selikli qişasına düşür. Gözdə konyonktiva boşluğunda burunla gözü əlaqələndirən, burunla göz yaşı kanalı var. Burun gözü yaşı kanalından bizim göz yaşı suyumuzun tərkibinə həmin virus daxil olur. Burun boşluğundan sonra virus udlağa gedir. Yəni belə halda yuxarı tənəffüs yollarının yoluxma ehtimalı var. Əsas olaraq da insan 3-4 gün keçdikdən, kliniki hal fəsadlaşdıqdan sonra bunu hiss edir. Ona görə də göz vasitəsi ilə virus mənşəli konyonktiviti hər bir aftolmoloq müayinə etməlidir. Ümumiyətlə, aftolmoloqlar əgər bir xəstə virus konyunktvisi ilə daxil olubsa, onu COVİD-19-a görə müayinə edib, sonra qəbul etməlidir.

Bunları nəzərə alaraq, qoruyucu eynəklərdən maksimim istifadə edilməsi tövsiyə olunur. Xəstələrlə birbaşa təmaşda olan insanların da qoruyucu eynəklərdən istifadəsi vacibdir. Xəstəxanalarda da hal-hazırda virusa yoluxmuş xəstələri müayinə edən həkimlər qoruyucu eynəklərdən istifadə edirlər.

- Bir sıra halda koronovirusa yoluxmuş insanların göz rəngində dəyişiklik baş verir. Bu, hansı əlamətlə bağlıdır?

- Koronavirusa yoluxmuş xəstələr arasında konyonktivitlə başlayan hallar olur. Bu, gözün selikli qışasında iltihabi hallar olur və göz qapağını əhatə edir. Bu, menbrandır, çəhrayi göz deyilir. Bu, qırmızı, gözdən yaş axma, konyunktival qişanın qızartısı - yəni damarların innieksiyası şəklində baş verir. Nəticədə qırmızı, çəhrayi, və yaxud yaşlı ağlayan göz şəklində özünü göstərir. Bakterialardan fərqli olaraq, bu halda gözdə irinləmə olmur. Çünki bakteria hopmuş gözdə irin olur. Amma COVİD-ə yoluxmuş gözdə irin olmur, sadəcə olaraq gözdə davamlı yaş axma müşahidə olunur. Məhz buna görə də virusa yoluxmuş xəstələrlə təmasda olan həkimlər qoruyucu eynəklərdən istifadə edir. Çünki xəstənin asqırması, öskürməsi zamanı gözə virus dənəcikləri daxil ola bilir. Amma bəzi insanlar virusun gözlə yoluxduğunu bilmirlər. Qeyd edim ki, insanlar ağladıqda burundan da su gəlir bu da gözlə burun arasındakı əlaqə vasitəsində baş verir. Virusa yoluxmuş gözdən axan maye belə olan halda udlağa da daxil ola bilir. Bu, burun kanalı vasitəsi ilə baş verir.

- Virusa yoluxanla çiçək xəstəsi olan şəxsin gözlərinin oxşarlığı mümkündürmü?

- Bu xəstəliklər içərisində akuler simptom olmaya da bilər. Ola bilər ki, konyunktiviliklə, bəzi hallarda isə belə də də başlamasın. Əsas burada temperatur, boğaz nahiyəsində, yuxarı tənəfüs yollarında iltihablarla başlaya bilər. COVİD-19-da əsas ağciyər patalogiyası baş verir. Çox ağır keçdiyinə görə təhlükəlidir. Çünki bu viruslar mativikasiya olunur. Onların 40 - Alfa, Betta, Qamma və s. növləri var. İndiki halda ola bilər ki, biz, adi viruslara yoluxaq. Ancaq COVİD-19 betta növüdür. Bu, ən ağır, mativikasiya olunmuş dözümlü bir virusdur. Bu virus ağciyər toxumasına qəbul olaraq, onu öz toxuması kimi qəbul edir və çoxalır.

- Qapalı məkanlarda, ictimai yerlərdə eynəkdən istifadə olunması yoluxma riskini azalda bilərmi?

- Qapalı yerlərdə eynəkdən istifadə normalda olmalıdır. Çünki infeksiya hər yerdə ola bilər. Hətta geyimlərdə də infeksiyanın qalması mümkündür. Bunu önləmək üçün dezinfeksiya məhlullarından istifadə edilməlidir. Hətta evə daxil olduqda, üst geyimi ayrıca yerə qoyulmalıdır. Tez-tez duş qəbul edilməsi də məsləhətdir.

- Gözə kənardan toz dənəciyinin düşməsi, əl təması və ya hər hansı əşyaya toxunma ilə yoluxma baş verə bilərmi?

- Virusa yoluxan xəstələrdə okulyar simptomlar ola bilər. Bu, özünü konyunktivitlə göstərə bilir. Konyunktivit, göz qapağını əhatə edən membranın iltihabıdır. Buna adətən "çəhrayı göz" deyilir. Konyunktivitə yoluxma əsasən qırmızı, "yaş və ağlayan" bir göz şəklində olur.

Konyonktivit yuxarı tənəffüs yolu infeksiyaları ilə (soyuqdəymə, flus və s.) ortaya çıxa və eyni zamanda, COVID-19 virusunun əlaməti ola bilər. Araşdırmalara əsasən, Çində koronavirus diaqnozu ilə xəstəxanaya gətirilən 1099 xəstənin 9-da (0.8%) "konyunktival tıxanma" və ya qırmızı, yoluxmuş gözlər tapılıb. Konyunktivit olduğundan şübhələnirsinizsə, göz həkiminə müraciət edin. Virusun mümkün yayılmasını azaltmağa kömək etmək üçün bu vacibdir.

- Virusdan qorunmaq üçün sizcə, nələr edilməlidir?

- Ölkəmizdə oteller, restoranlar, ictimai iaşə obyekletləri hal hazırda açıqdır. Əgər, 3 həftəlik sərt izolyasiya metoduna keçilsə, bu xəstəlik bizdən uzaqlaşar.

- Sərt izolyasiya olmadan virusun qarşısının alınması mümkün deyilmi?

- Yayılmanın qarşısını almaq üçün hələlik ən optimal yol budur. Çünki gündəlik artım statistikası qarşısında heç bir tibbi yardım davam gətirə bilməz.

- Virusun tam yox olmayacağı deyilir. Həyatımız boyu belə yaşamağa məhkumuq?

- Koronavirusu biz beynimizdə əsas nöqtə kimi saxlamamalıyıq. Çünki həyatımız boyu bu davam edə bilər. Sadəcə, biz, öz həyat axarımıza davam edib, işimizlə məşğul olmalı, özümüzü də qorumağı bacarmalıyıq. Çünki gündəlik virus deyə- deyə beynimizdə psixoloji bir yol da açmış oluruq. Bunun da fəsadları çox ağır oal bilər.

- Ağır fəsadlar deyərkən nələri nəzərdə tutursunuz?

- Bu virusun ankoloji xəstəliklərdən ölüm faizi daha çoxdur. İnsanlar maariflənməlidir ki, COVİD-19-u normal qəbul edib özlərini qorumağı bacarsınlar. Cəmiyyətin bu sahədə problemi var. Çünki bəzi insanlar bu virusa yoluxduğu halda gizlədirlər. Özləri bildikləri müalicə metodlarından istifadə edirlər ki, bu da qara ciyərlərdə daha kəskin ağırlaşmalara səbəb olur. Ona görə də insanlar virusa qarşı orqanizmlərini möhkəm saxlamaq üçün immunitetlərini təbii yollarla gücləndirməlidirlər. Mütləq tərkibində sink, vitamin S, olan məhsullar qəbul olunmalıdır. Ağciyərlərin ventilyasiyası üçün idman hərəkətləri edilməlidir. Qida rasiyonundan fast-foof yemekler, kanservantlar tamamilə çıxarılmalı, təbii qidalanmaya daha çox üstünlük verilməlidir. Mövsümə uyğun olaraq daha çox meyvə-tərəvəz qəbul etmək lazımdır. Gündə ən azı 3 litrə qədər maye qəbul edilməli, zəncəfil, nanə, limon qarışığı olan içkilər içilməlidir. Qaynadılmış su içilməsi də yaxşı olar. Evə daxil olarkən ağızın duzlu su ilə qarqara edilməsi məsləhət görülür.

- COVİD-19-a yoluxmuş insanlarda artıq immunitet yaranıb, bu fikir nə dərəcə doğrudur?

- COVİD-19 virusuna yoluxmuş insanlarda, ümumiyyətlə, immunitet yaranmır. Ona görə də insanlar məsafə saxlamalı, maskalardan, dezinfeksiyaedici məhsullardan istifadə etməlidirlər. Çünki bu xəstəliyə yoluxan şəxs təkrar bir də yoluxa bilər. Sağalan insan maksimum bir ay immunitet qazana bilər. 60 yaşdan yuxarı və ikinci bir xəstəliyi olan insanlar üçün bu xəstəlik daha ağır formada keçir. Çünki bu xəstəliyə yoluxmuş adamda tromplaşma - yəni qanın laxtalanması tez baş verir. İndiki halda həkimlər qarşısında ən böyük problem bu haldır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.