Aqil Abbas: "Hazırda Qarabağdayam"

9-07-2020, 08:44           
Aqil Abbas:
Xəbər verdiyimiz kimi, bir müddət öncə dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bəzi vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏTuhkonkret addımlar gözləyir.


Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır.



Sözügedən qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret münasibətini müstəqil şərh edən yazıçı, millət vəkili Aqil Abbasın fikrincə, biz ATƏT-lə münasibətlərimizə son qoymalıyıq:


“Dövlət başçımız dəfələrlə bu mövzuya toxunub və ATƏT-in yarıtmaz vəziyyətindən söz açıb. Belə davam etsə, biz bu təsisatla münasibətlərimizi kəsəcəyik. Ümumiyyətlə, ancaq ATƏT-dən canımızı qurtardığımız təqdirdə, Qarabağı işğaldan azad edə bilərik”.



A.Abbas dövlət başçısının uğurlu siyasətindən də söz açıb: “Cənab prezidentin bu müsahibəsi həm də hesabat idi. O, baş verənlər və gələcək planlar haqqında xalqa hesabat verdi. Mən hazırda qqQarabağdayam. 1Seçicilərimlə görüşə gəlmişəm. Burada hamı Prezidentin siyasətini dəstəkləyir”.Sherg.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.