“İlham Əliyevin dünya miqyaslı siyasi oyunçuya çevrildiyi göz önündədir” - Cümşüd Nuriyev

28-10-2020, 09:43           
“İlham Əliyevin dünya miqyaslı siyasi oyunçuya çevrildiyi göz önündədir” - Cümşüd Nuriyev
“Ermənipərəst dövlətrin işğalçıya göstərdiyi hərbi yardımlar müharibnənin taleyini dəyişə bilməz”.

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert Azərbaycanın düşmən qarşısında müqayisəedilməz dərəcədə böyük üstünlüyə malik olduğunu vurğulayıb:

“Azərbaycan düşmənlə bağlı bütün kəşfiyyat məlumatlarına malikdir. Azərbaycan tərəfi çox gözəl bilir ki, hansı ölkələrdən Ermənistana hansı yardımlar gəlib. Prezident çox dəqiqliklə bu barədə danışdı. Bildirdi ki, Ermənistana necə, haradan, hansı silahların gətirildiyi bəllidir. Amma elə məsələlər var ki, onları açmağa ehtiyac yoxdur.

Cənab prezidentin dünənki çıxışı bütün xalqın ürəyincə olan, xalqda dərin rəğbət doğurdu. Əgər Ermənistanın yanındakı dövlətlər düşünürlərsə ki, işğalçıya dəstək olmaqla onu qoruya biləcəklər, yanılırlar. Qısa zaman ərzində Qarabağ tamamilə azad olunacaq. Çünki ordumuz o qədər peşəkarlıqla, əzmlə, qeyrətlə vuruşur ki, onun qabağında Ermənistanın davam gətirmsəi mümkün deyil. Onsuz da bizim torpaqları Ermənistan öz gücünə zəbt etməmişdi. Biz iki il ərzində bu torpaqları itirdik. Amma Azərbaycan ordusu bir ay ərzində bizim bir il ərzində itirdiyimizdən çox torpaq azad etdi. Deməli, o zaman baş verənlər xalqımızın günahı deyil. Biz o zaman böyük bir imperiya ilə vuruşduq. İnşallah, iki ay başa çatmamış biz o torpaqların hamısını geri alacağıq. Bizim ermənilərlə fərqimiz budur. Onların havadarlarının köməyi ilə bir ilə gördüyü işi, Azərbaycan bir aya görür. Çünki bizim qeyrətimiz, mənliyimiz, qürurumuz var. Ermənilərdə isə belə şeylər yoxdur. Onlar onun-bunun verdiyi tula paylarına ümid edərək müqavimətlərini davam etdirirlər. Amma onların bu cəhdi nəticə verməyəcək.

Mən prezidentin iradəsini gördüm. İlham Əliyev öz iradəsini, əzmini, ağlını ortaya qoyub. Birmənalı şəkildə İlham Əliyev nəinki Qafqaz və MDB məkanının, Ərdoğanla birlikdə bütün türk dünyasının liderinə çevrilib. İlham Əliyev bir ayın içində dünyanın siyasi oyunçusuna çevrildi. Bu, hər kəsin bacara biləcəyi iş deyil. Deməli, İlham Əliyev son 17 ildə bu anı gözləyirmiş.

Azərbaycan prezidenti çox böyük strateq və diplomatdır. O, xalqa söykənən Ali Baş Komandandır. Xalq onun bir sözü ilə ölümə getməyə hazırdır. Belə bir xalqı, belə bir Ali Baş Komandanı məğlub etmək mümükn deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.