“Putin müharibəni noyabrın 15-nə qədər qurtarmaq istəyir” – Jdanov Kremlin niyyətini açıqlayıb

27-09-2022, 09:14           
“Putin müharibəni noyabrın 15-nə qədər qurtarmaq istəyir” – Jdanov Kremlin niyyətini açıqlayıb
Hərbi ekspert Oleq Jdanov xəbər verib, bir neçə mənbədən informasiya daxil olub ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 15-nə qədər müharibəni qurtarmaq istəyir və bu zaman Ukraynanın kapitulyasiyasına ümid edir.

Jdanov bu barədə özünün növbəti videosunda (Rusiya təcavüzünün operativ vəziyyəti üzrə) danışıb. Video YouTube-kanalında yerləşdirilib («UNİAN»).

«Rusiya qısa müddətdə milyonlarla insanı səfərbərlik üçün toplaya bilmir. Mənim qiymətləndirməmə görə, bu, bahara qədər uzana bilər… İlk 300 mini onlar noyabra və ya ilin sonuna səfərbər edəcəklər. Baxmayaraq ki, Rusiya nədənsə noyabrın 15-nə oriyentasiya edir. Məlumat var ki, guya Putin noyabrın 15-ə qədər müharibəni qurtarmaq istəyir. Amma onun anlamında müharibənin sonu - bu, o zaman olur ki, Ukrayna danışıqlara razılaşır və Rusiyanın şərtləri üzrə kapitulyasiyanı imzalayır. Başqa sözlə, Ukrayna ərazi itkisi ilə razılaşmalı, oraları Rusiyanıkı kimi tanımalı və NATO-ya daxil olmamalıdır» - Jdanov deyib.
Ətraflı

O, qeyd edib ki, bu, Rusiya Federasiyasına lazımdır ki, hazırlaşsın, təkrar hücum həyata keçirsin və bütün Ukraynanı işğal etsin.

Bu zaman Jdanov qeyd edib ki, Ukrayna köhnə sovet silahı ilə müharibənin gedişini dəyişə və peşəkar Rusiya ordusunu «üyüdə» bildi. İndi isə Rusiya «həvəskar ordu» ilə Ukraynanı qorxutmaq istəyir.

«Biz, qərb tipli peşəkar ordu olmuşuq. Şəxsi heyətin hazırlığı və silah fərqlənir. Ona görə də Rusiya Federasiyasının buraya qovduğu insanlar bu müharibənin qurbanı olacaqlar. Onlar nə qədər çox adam göndərsələr, itkiləri də o qədər çox olacaq» - Jdanov qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.