“Bilmirəm, bu nə burulğan idi, düşdük” — Direktor icra başçısının qəfil yoxlamasından danışdı

3-10-2022, 12:44           
“Bilmirəm, bu nə burulğan idi, düşdük” —
Xəbər verdiyimiz kimi, Gədəbəyin icra başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində qəfil yoxlama keçirib.

Yoxlama zamanı Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim yerində tapılıb. Həmçinin, 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

Modern.az saytının əməkdaşı Arıqıran kənd məktəbinin direktoru Natiq Hüseynovla əlaqə saxlayaraq, müəllim və şagird heyətinin tədris prosesindən yayınmasının səbəbini aydınlaşdırmağa çalışıb.

Direktor bildirib ki, yoxlama məktəbin müəllim və şagird kollektivinin bir qismi Vətən Müharibəsi şəhidi Nəcəf Hüseynovun anım mərasimində olarkən baş tutub.

“Yoxlama həmin ərəfədə baş tutub. Məktəbdə yalnız aşağı siniflər və onların müəllimləri olub, biz də şəhidin anım günündə idik, heç bilmirəm bu nə burulğan idi, biz düşdük. İndi yenidən araşdırma gedir” - deyə direktor qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.