“Videolar elə bir vaxtda yayıldı ki, əsas məqsəd...” - SABİQ XİN BAŞÇISI

3-10-2022, 12:25           
“Videolar elə bir vaxtda yayıldı ki, əsas məqsəd...” - SABİQ XİN BAŞÇISI
“Hərbi və müharibə təbliğatının özünəməxsus xüsusiyyətləri var”.

Bu sözləri sosial şəbəkə hesabında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov yazıb.

Eks-nazir guya Azərbaycan hərbçilərinin erməni əsirləri gülləməsi videosuna münasibət bildirib:

“Əsas vəzifə düşməni insanlıqdan çıxarmaqdır, yəni təbliğat yolu ilə onu normal insana xas olan bütün müsbət keyfiyyətlərdən məhrum etmək. Bunun nəticəsində onlar öz qoşunlarının əhval-ruhiyyəsinin yüksəlməsinə nail olunur. Beləliklə də, əsgərlərinin hərbi əməliyyatlara həvəsi artır. Bu, bütün ordulara şamil edilən ümumi qaydadır”.

T. Zülfüqarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin əsgərlərinin motivasiyası problemi düşmən üçün ən vacib məsələlərdən biri olub və qalır:

“Təslim olmağa hazır olmaq, öz mövqelərini əmrsiz və müqavimətsiz tərk etmək, fərarilik – Ermənistan Müdafiə Nazirliyinin gündəlik gündəminin aktual mövzularıdır.

Əminəm ki, bu mövzudan beynəlxalq aləmdə istifadə etmək cəhdləri ilə yanaşı, sosial şəbəkədə təkrarlanan kadrlar məğlubiyyətdən sonra ruhdan düşmüş erməni zinvorunun (erməni əsgəri – red.) döyüş qabiliyyətini yüksəltmək vəzifəsini özündə daşıyır”.

Onun sözlərinə görə, beynəlxalq komponentə gəlincə, qeyd etmək olar ki, bu “video”nun yaranması Aİ ölkələrinə qaz nəqli üçün interkonnektorun açılışı ilə eyni vaxta təsadüf edib:

“İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır.

Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğat dolması və s. – bu, Kremlin Azərbaycan qazının Avropaya nəqlini əngəlləmək əmrinin yerinə yetirilməsidir”.

“Video Aİ-nin enerji təchizatı üçün alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyaya başlamaq üçün təbliğat səbəbi kimi ortaya çıxdı.

Buna görə də, bu mövzunu şərh etmək üçün bütün variantları ilə yuxarıdakı mülahizələri nəzərə alın”, – o, yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.