Sərhəddə yeni TOQQUŞMALAR GÖZLƏNİLİR... - Daha bir SAVAŞ ZƏRURƏTİ

4-10-2022, 11:25           
Sərhəddə yeni TOQQUŞMALAR GÖZLƏNİLİR... - Daha bir SAVAŞ ZƏRURƏTİ
“İstisna etmirəm ki, yeni qarşıdurmalar baş verə bilər. Lakin danışıqlar gedirsə, deməli, hərbi qarşıdurmanın riski bir qədər azalmış olur. Amma görüşlər və danışıqlar ərəfəsində risk qalxa bilər. Danışıqları pozmaq marağında olan qüvvələr bu ərəfədə belə təxribatlar törədə bilərlər”.

TEREF.AZ xəbər verir ki, bu fikirləri Teleqraf.com-a hərbi analitik Azad İsazadə bildirib.

Azad İsazadə diqqəti son günlər İrəvanın fəal diplomatic təmaslar quraraq Qərblə sıx əlaqələrinə çəkib:

“Öncə unutmayaq ki, Nikol Paşinyan hakimiyyətə Qərblə bağlı şüarlarla gəlib. Sözsüz ki, Paşinyan daha çox Qərbə yaxındır, nəinki Rusiyaya. Sadəcə Moskva ilə əməkdaşlıq etməyə məcburdur. Amma Paşinyanın hərəkətləri daha çox Qərblə siyasi-hərbi əməkdaşlığı nəzərdə tutur. Azərbaycan isə Qərblə böyük iqtisadi əməkdaşlıq səhnəsi yarada bilib. Və bu əməkdaşlıq öz bəhrəsini verir. İlk növbədə də Avropanın qaz təhlükəsizliyi mövzusunu nəzərdə tuturam”.

Hərbi ekspert hesab edir ki, Ermənistanın Qərblə aktiv, Azərbaycanın isə passiv əlaqələr qurmasını iddia etmək obyektivlikdən uzaq olar:

“Biz də Qərblə yüksək iqtisadi əməkdaşlıq qururuq. Eyni zamanda Ermənistanın Qərblə hərbi-siyasi əməkdaşlığına qarşı nələrsə edirik. Bəzən ola bilsin ki, bunlar gözə dəymir. Amma aydındır ki, bu istiqamətdə də işlər aparılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.