"Kişinin arxasından danışarlar. Evimdə heç bir axtarış olmayıb, ola bilməz".

15-05-2015, 21:29           
"Kişinin arxasından danışarlar. Evimdə heç bir axtarış olmayıb, ola bilməz".
Millət vəkili Qalib Salahzadə evində axtarış aparılması barədə danışıb.

teref.az ANS tv-ə istinadən xəbər verir ki, Qalib Salahzadə evində axtarış nəticəsində guya silah-sursat tapılması haqqında informasiyanın həqiqətə uyğun olmadığını deyib.

O, polis nəzarətinə götürülməsi və dindirilməsi barədə yayılanları da təkzib edib. Qalib Salahzadə bildirib ki, onu polisə dəvət etməyiblər. "Kişinin arxasından danışarlar. Evimdə heç bir axtarış olmayıb, ola bilməz".

Qeyd edək ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılması barədə məlumat yayılıb. Deputatın evindən külli miqdarda silah-sursat tapıldığı qeyd edilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.