“Azərbaycanda sabitliyi pozan elə hakimiyyətin özüdür”

17-05-2015, 21:05           
“Azərbaycanda sabitliyi pozan elə hakimiyyətin özüdür”
Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında Qərbin ünvanına ciddi ittihamlar səsləndirib. Ə.Həsənov ABŞ və Qərbin bəzi dairələrini, eləcə də onların təsiri altında olan beynəlxalq təşkilatları Azərbaycanda sabitliyi pozmaqda ittiham edib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev baş verənlərə görə Qərbin deyil, hakimiyyətin özünün məsuliyyət daşıdığını bildirdi:
“Azərbaycanda sabitliyi pozan elə hakimiyyətin özüdür. Hakimiyyətin yürütdüyü siyasət bu cür qeyri-stabilliyin, iqtisadi təlatümlərin baş verməsinə səbəb olub. Sadəcə olaraq, indi hakimiyyət öz əməlinin məsuliyyətini gah vətəndaş cəmiyyətlərinə, gah müxalifətə, gah da Qərb və beynəlxalq təşkilatlara yükləmək istəyir. Bu məsələdə Qərbin üzərində ona görə daha çox dayanılır ki, Qərbin hakimiyyətə yönəlik tələbləri iqtidara sərf etmir. Buna görə də Qərbi gözdən salmağa, onu təhlükə mənbəyi kimi təqdim etməyə çalışırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.