“Heç ümid etmirəm ki, neft 50 dollardan yuxarı qalxsın” - deputat

17-12-2016, 18:25           
“Heç ümid etmirəm ki, neft 50 dollardan yuxarı qalxsın” - deputat
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.

Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

Məsələ ilə bağlı Modern.az-a Milli Məclisin deputatı Eldar Quliyev açıqlama verib.

Eldar Quliyev hazırda Azərbaycanda ən aparıcı sahənin aqrar sahə olduğunu qeyd edib.

“Strateji Yol Xəritəsi kənd təsərrüfatı da daxil olmaqla iqtisadiyyatın bütün sahələrini əhatə edir. Bildiyimiz kimi kənd təsərrüfatı strateji məhsuldur. Praqramda kənd təsərrüfatı məhsulları təkcə ölkəyə yox, xaricə də çıxarılmalıdır. Bu da ölkəyə xarici valyutanın gəlməsinə şərait yaradacaq. Buna görə də strateji addım atıldı. Düzdür, bəzi sahələrdə geriləmə var. Amma kənd təsərrüfatında keçən ilə nisbətən artım var. Bu il pambıq yığımına görə də qarşıya qoyulmuş məqsədə tam nail olunub. Daha sonra isə turizm sahəsidir. Bu gün qeyri-neft sektorlarını inkişaf etdirməliyik. Mən heç ümid etmirəm ki, 2017-ci ildə neft 50-55 dollardan yuxarı qalxsın. Bunu iqtisadçılar da təsdiq edir”.

Deputat bildirib ki, strateji baxış dedikdə, özümüzü kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək başa düşülür.


“ Xüsusən də taxıl, ət və süd məhsulları ilə. Daha sonra isə biz standartlara uyğun olaraq hazır məhsulları dünya bazarına çıxara bilək. Çünki bu məhsullar standartlara uyğun olmasa öz üzərimizdə qalacaq. Mən hesab edirəm ki, bu dövr ərzində biz ilk növbədə məhsuldarlığı artırmalıyıq. Bu bütün sahələri əhatə etməlidir. Keyfiyyət də çox yüksək olmalıdır”.

Eldar Quliyev deyib ki, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış zamanında isə bütün sahələrdə olan emal müəssisələrini işə sala bilək.

“Yenə də bu emal müəssisələrində olan məhsulları standartlara uyğun olsun. Çünki biz onu dünya bazarına çıxaracağıq. Biz bir günluk, bir illik yox, uzunmüddətli olaraq bunu inkişaf etdirməliyik”.

Deputat hesab edir ki, hədəfə baxış dedikdə insanların maddi durumun və rifahının yaxılaşdırılması başa düşülür.

“Bu dövrdə isə kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir. Hesab edirəm ki, dövlətin 70-80 faiz büdcəsinə müliyyə kiçik və orta sahibkarlıqdan gəlir. Ona görə də dövlət tərəfindən də bu sahibkarlara dəstək olunmalıdır. Elə etmək lazımdır ki, şəhərdə olan infrastruktur rayonlarda da olsun. Bu da insanlara əlavə stimul verəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.