Erməni ekspert: "Yəni əgər sizə Qarabağda nə isə baş versə, İrəvanda 100 minlik nümayişin yığılacağını desələr, inanmayın. "

16-06-2015, 20:43           
Erməni ekspert: "Yəni əgər sizə Qarabağda nə isə baş versə, İrəvanda 100 minlik nümayişin yığılacağını desələr, inanmayın. "
“Əgər Şuşa üzərində Azərbaycan bayrağını görsəniz, İrəvanda 100 minlik nümayiş gözləməyin”.

Virtualaz.org epress.am-a istinadən bildirir ki, bunu hüquq müdafiəçisi Mikael Danielyanın “Dissidentskaya kuxnya” verilişinin efirində siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan deyib.

“İndi 88-ci il deyil, bunu anlamaq lazımdır. Cəmiyyətdə Qarabağ mənşəli prezidenti də görüblər, martın 1-də. Yəni əgər sizə Qarabağda nə isə baş versə, İrəvanda 100 minlik nümayişin yığılacağını desələr, inanmayın. Çünki təfəkkürümüzdə nə isə dəyişilib.

"Şuşada Azərbaycan bayrağı qaldırılsa, İrəvan mitinq etməyəcək"

88-ci ildə Qarabağ insanların təfəkküründə işıqlı gələcək idi. İndi - 20 ildən sonra cəmiyyət dəyişib, Qarabağ məsələsinin mahiyyəti də dəyişib. Yəni biz ikinci prezident Robert Köçəryanı, üçüncü prezident Serj Sərkisyanı da, onların qardaşlarını da görmüşük, elə onlar – qarabağlılar da görüblər.

Bütün bunlar öz izini qoyur və bu iz müəyyən bir müddətdən sonra təsir edir. Bir çox hallarda mən insanlara deyirəm ki, əgər Şuşa üzərində Azərbaycan bayrağını görsəniz, İrəvanda 100 minlik nümayiş gözləməyin.

Ola bilər ki, daşnaklar bir neçə yüz adamlıq nümayiş keçirə bilər, amma Qarabağ qələbəsi öz mahiyyətini tamamən itirib”, - Badalyan vurğulayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.