Emin Şəkinski həyat yoldaşı haqda: - `Danışmaq istəmirəm`

3-07-2015, 16:00           
Emin Şəkinski həyat yoldaşı haqda: - `Danışmaq istəmirəm`
Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi general-mayor Emin Şəkinski son zamanlar mətbuatda barəsində yayılan məlumatlara münasibət bildirib.

İdarə rəisi deyib ki, bununla bağlı geniş danışmaq istəmir: "Bu cür informasiyaların yayılması normal haldır. Çünki Azərbaycan demokratik ölkədir".

E.Şəkinski keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanın və 4 övladının saxta sənədlərlə Azərbaycanı tərk etməsinə də münasibət bildirib: "Bu barədə geniş danışmaq istəmirəm. Məsələ ilə bağlı cinayət işi açılıb. Digər məsələləri müstəntiqdən soruşa bilərsiniz".

Xatırladaq ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər. Müttəhimlər kürsüsündə oturan Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov onlara yardım etməkdə günahlandırılırlar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Cinayət işində adları hallanan Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.
(Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.