“Ağsaqqallar məsləhət bilsə, namizədliyimi geri götürərəm” - İsgəndər Həmidov Cavid Qurbanovun xeyrinə geri çəkilə bilər

1-10-2015, 12:49           
“Ağsaqqallar məsləhət bilsə, namizədliyimi geri götürərəm” - İsgəndər Həmidov Cavid Qurbanovun xeyrinə geri çəkilə bilər
Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Eyni zamanda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da həmin dairədən deputatlığa namizəddir.

Bəs İsgəndər Həmidov Cavid Qurbanovun xeyrinə geri çəkilə bilərmi? Bu barədə Modern.az saytının sualını İsgəndər Həmidov özü cavablandırıb.

O, bildirib ki, hələlik bu vaxta kimi deputatlığa namizədlikdən əl çəkmək kimi bir fikri olmayıb.

“Hələ belə bir fikir ağlımdan keçməyib. Üstəlik nəzərə alaq ki, seçki kampaniyası da başlamayıb”.

Keçmiş nazir bununla belə, deputatlığa namizədliyini geri götürməsi məsələsini də istisna etməyib. Lakin o, bunun yalnız məsləhətlə ola biləcəyini vurğulayıb:

“Cavid Qurbanov da, mən də kəlbəcərliyik. İndi ağsaqqallar, ağbirçəklər bir yerə gəlib məsləhət bilsə, mən namizədliyimi geri götürərəm. Bilirsiniz ki, Kəlbəcər seçki dairəsindən başqaları da deputatlığa namizəddir. Məsləhət bilsələr, onlar da namizədliyini geri götürə bilər”.

İsgəndər Həmidovun deputatlığa namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülüb.
P.S. teref.azdan sual
- Nəyə görə Cavid Qurbanovun xeyrinə ağsaqqallar yığışmalıdır?
- Cavid Qurbanov ağsaqqalların sözünə qulaq asıb kiminsə xeyrinə geri götürərmi?
- O qədər namizəddən bəyəmən ləyaqətlisini xalq seçməməlidirmi?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.