"Rusiya Qarabağ münaqişəsinin həllini istəmir" — Komitə sədrindən AÇIQLAMA

8-11-2018, 12:28           
"Rusiya Qarabağ münaqişəsinin həllini istəmir" — Komitə sədrindən AÇIQLAMA
"Rusiya dövləti Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir".
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri deyib ki, Qarabağ probleminin həlli Rusiyanın dövlət maraqlarına cavab vermir:
"Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır. Ancaq açığını deyim ki, mən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynayacağına inanmıram. Bunun da əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın dövlət maraqlarına uyğun deyil. Nə zaman Rusiya bu münaqişənin həllinə ciddi maraq göstərsə, o zaman problem öz həllini tapa bilər".шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.