Britaniya səfiri Ermənistanın AŞ PA məruzəçisinin səfərinə qadağa qoymasından danışdı

12-10-2015, 21:42           
Britaniya səfiri Ermənistanın AŞ PA məruzəçisinin səfərinə qadağa qoymasından danışdı
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Ermənistan tərəfindən AŞ PA-nın Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması məsələsi üzrə məruzəçisi Robert Valterin (Böyük Britaniya) Azərbaycanın separatçı regionuna səfərinə qadağan qoyulmasına görə təəssüfünü bildirib.

Səfir Trend-ə deyib ki, Cənubi Qafqazdakı münaqişələrə cəlb edilmiş cəmiyyətlərlə təmasların beynəlxalq institutlar tərəfindən dəstəklənməsi bütün tərəflərin marağındadır.

Onun sözlərinə görə, münaqişənin dinc yolla uzunmüddətli həllinin tapılması yalnız bütün icmalarla birbaşa təmasların olması halında mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.