“Bizimlə nəzakətlə rəftar olunurdu və heç bir zorakılıq olmadı” – Cəmil Həsənli

18-11-2018, 08:44           
“Bizimlə nəzakətlə rəftar olunurdu və heç bir zorakılıq olmadı” – Cəmil Həsənli
Xəbər verdiyimiz kimi, Milli Şuranın üzvlərinin 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək cəhdinin qarşısı polis tərəfindən alınıb və bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onların arasında Əli Kərimli və Cəmil Həsənli də var.

Musavat.com xəbər verir ki, gecənin irəliləyən saatlarında Cəmil Həsənli sərbəst buraxılıb. O da dərhal sosial şəbəkədə canlı yayıma çıxıb və baş verənlər haqda danışıb.

Cəmil Həsənli deyib ki, saxlananlara və Əli Kərimliyə işgəncə verilməsi iddiaları yalandır: “Bizimlə nəzakətlə rəftar olunurdu və heç bir zorakılıq olmadı”.

Cəmil Həsənli guya onun səhhətinin pisləşməsi dedi -qodularına da aydınlıq gətirib: “Mənim səhhətim yaxşıdır, mənə heç bir təcili yardım göstərilmədi. Bəlkə polis idarəsindəki başqalarına gəlib, amma bizə təcili yardım gəlməyib”.

O, AXCP sədrinin hələ də Səbael Rayon Rayon Polis İdarəsində saxlanıldığını təsdiqləyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.