"Çəlləkdə şərab aparıb, onu İspaniyada şüşəyə doldurub geri gətirmək məsələsi nağıldı"

18-11-2018, 10:30           
"Çəlləkdə şərab aparıb, onu İspaniyada şüşəyə doldurub geri gətirmək məsələsi nağıldı"
"Azərbaycandan çəlləkdə şərab aparıb, onu İspaniyada şüşəyə doldurub geri gətirmək məsələsi nağıldı, (uydurublar ki, daha bərk vursunlar) iqtisadi məntiqə ziddi, bu da heç, AB ölkəsi olan İspaniyaya sənədsiz, sertifikatsız 2 ton şərab keçirmək mümkün deyil. İspaniyada olmuş adam kimi deyim ki, topdansatış bir qırağa, mağazada, pərakəndə satışda 90 avro-sentə normal şərab var. Burdan şərab aparmaqdansa, ordan etiket gətirib burada şüşəyə yapışdırmaq daha asan və məntiqli olardı".

Sozcu.az xəbər verir ki, bunu BDU-nun rektoru Abel Məhərrəmovun vəzifədən çıxarılmasına münasibət bildirərkən Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.

"Məhərrəmovlar ailəsi, çox güman, gömrükdən yan keçirməklə İspaniyadan şərab gətirib burada satırlarmış, gömrük rüsumu və ƏDV ödəmədən bunu illərlə edirlərmiş və bu sahədə inhisarçllıq qurublarmış - bu daha məntiqli izahdır.

Bu gün Bakıda onlarla "Şərab evi" mağazaları var, hər gün yeniləri açılır, orda satılan məhsulların böyük əksəriyyəti boynuyoğun məmurların nəzarəti altında, rəsmi qeydiyyatdan yan keçməklə ölkəyə gətirilən məhsullardır. Və bunu ölkədə bilməyən yoxdur, sadəcə kim kreslodan qopardılırsa, onların zibilləri üzə çıxır. Kreslo məmləkətdə əyləşmək üçün deyil də, qanunları minmək üçündür. Kreslo zirehdir, qoruyucu vasitədir, məhz buna görə bizdə məmurlar kreslolarını sevir, onlarla diffuziya əlaqəsinə girir, qopmaq istəmirlər..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.