Erməni müxalifətçilərinin Azərbaycana yürüşü baş tutdu: Şuşada qurultay keçirildi!.. + VİDEO

19-11-2018, 19:17           
Erməni müxalifətçilərinin Azərbaycana yürüşü baş tutdu: Şuşada qurultay keçirildi!.. + VİDEO
Biz qəti əminik ki, Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu sülh yolu ilə münaqişənin ədalətli həllinə nail olacaq, 30-a dözən 40-a da dözər...

Moderator.az işğalçı ölkənin “Sasna tsrer” adlı müxalifət partiyasının bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərinə avto-yürüş təşkil etmək qərarı haqda xəbər vermişdi.

Rusiaya mediasından aldığımız son məlumata görə, artıq dünən –noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş gününün qeyd edildiyi bir vaxtda Ermənistan, qondarma separatçı rejim və partiyanın bayraqları ilə bəzədilmiş 70-ə yaxın avtomobildə gələn 400 nəfər erməni müxlaifətçisi Laçın rayonu istiqamətindən dövlət sərhədlərimizi pozaraq yürüş keçirməyə nail olublar. Saat 16:30-da Xankəndinə daxil olan yürüşçülər bir neçə dairə vuraraq Şuşa şəhərimizə dönüblər. Şuşada “Sasna tsrer –Artsax” partiyasının ilk təsis qurultayı keçirilib. Artıq Qarabağı zəbt etmiş 100-ə yaxın erməni partiyaya daxil olub, eyni sayda da ərizə verən var.

Bu ilin yazınadək Serjik Sərkisyan rejiminə qarşı silahlı müxalifət mövqeyində dayanan “Sasna tsrer” Qarabağa yürüşü və qurultayı torpaqlarımızın de-fakto Ermənistana birləşdirilmiş “Artsax” adlandırılan hissəsinin de-yure birləşməsinin də başa çatdırılması tələbi ilə keçirib. Eyni zamanda “Sasna tsrer” bu tədbiri 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi naminə separatçı hərəkətın təşəbbüskarı, “Qarabağ” komitəsinin ilk sədri, politoloq və “milli siyasi xadim” İqor Muradyanın “xatirəsinə” həsr edib.

P.S. Biz qəti əminik ki, Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu sülh yolu ilə münaqişənin ədalətli həllinə nail olacaq. Ona görə də sakitcə oturub gözləyirik... 30-a dözən 40-a da dözər...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.