Parisdə Beynəlxalq Sülh Konfransında xanım həmyerlimiz fars və erməni faşistlərini susdurdu

20-11-2018, 20:29           
Parisdə Beynəlxalq Sülh Konfransında  xanım həmyerlimiz fars və erməni faşistlərini susdurdu
Bu günlər Paris hadisələrinin baş verdiyi yerlərə canlı surətdə baş çəkən və hər şeyi öz gözüylə görən yeganə azərbaycanlı - Aysel Həmidova...

Amma bunu da öncədən qeyd edim ki, Aysel xanım orda bizim Azərbaycanı yox, uzaq İtaliyanı təmsil edirdi. Çünki Aysel xanım İtaliya hökumətinin rəsmi təmsilçisidir. Və beynəlxalq dərəcəli
hüquqşünasdır.

Aysel Həmidova Parisdə keçirilən Beynəlxalq Sülh Konfransında iştirak edəcəkdi.

Amma həmin toplantıda ermənilərin və farsların fəal iştirakı və müsəlmanlar, türklər əleyhinə danışmaları Aysel xanımı məcbur edib ki, o da həmin toplantıda əsl azərbaycanlı xarakterini ortaya qoysun. Və qoyub da !

O, toplantı iştirakçıları qarşısında təmiz ingilis dilində danışaraq müsəlmanların və türk dünyasının haqlarını müdafiə edib.

Eyni zamanda da, Dağlıq Qarabağın da məhz terrorizmin - erməni terrorçuluğunun qurbanı olduğunu cəsarətlə söyləyib.

Ermənilər və farslar isə onun çıxışına mane olmağa və onu hər cür yolla susdurmağa çalışıblar. Lakin istəklərinə nail ola bilməyiblər.
O öz sözünü axıra qədər deməyi, qoca Avropanın kar qulaqlarına Azərbaycanın səsini çatdırmağı bacarıb.

Açığı, ermənilərin çoxluq təşkil etdiyi ermənipərəst bir ölkədə - Fransada belə bir çıxışda bulunmaq həqiqətən də insandan cəsarət istər.

Yaxşı ki, Aysel kimi qızlarımız, patriotlarımız var. Və nə yaxşı ki,onlar lazımi anda lazımi yerdə olmağı,öz sözlərini deməyi bacarırlar.

Təşəkkürlər, Aysel xanım !
Bütün Azərbaycan adından təşəkkürlər !!!
Beybala Mirzeyev
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.