İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…

7-12-2018, 18:48           
İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…
İrəvanda qan və qiyam qoxusu: Silah səsləri…Ermənistanda növbədənkənar parlament seçkiləri hələ keçirilməmiş artıq seçkidən sonrakı vəziyyətlə bağlı qızğın müzakirələr aparılır. “Ölkəyə və bizə nə olacaq” mövzusunda narahatlıqlar heç də təəccüblü deyil. Ermənistan Respublikasındakı daxili-siyasi qarşıdurma yeni hökumətin tərəfdarları və müxalifləri arasında açıq silahlı qarşıdurmaya çevrilmək təhlükəsi ilə birlikdə özünün apogeyinə çatır. Münaqişənin hər iki tərəfinin əllərindəki silahların sayı onların işə salınmasına hazırlıq qədər böyükdür. Hər bir halda orada buna yatırım çox yüksəkdir.

Erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Mənim Addımım Bloku ilə Respublikaçı Partiyası arasında qarşıdurma seçki, hətta siyasi qarşıdurma hüdudlarından kənara çıxıb. Mətbuat həmçinin vəziyyətin belə bir təhlükəli hal almasının səbəblərini də sıralayır. Yeri gəlmişkən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında Respublikaçı Partiyasının seçki siyahısında iki nömrəli şəxs hesab olunan David Şahnazaryanın mətbuat konfransı zamanı çıxışında cinayətin tərkibinin olduğunun (dövlətə xəyanət) deyildiyini xatırlatmaq lazımdır.

İndi MTX departamentində Azərbaycan ordusunun Qarabağ və Naxçıvan istiqamətində nail olduğu uğurlarla barədə danışmağa cəhd edənlərə qarşı cinayət işinin başladılmasının qanuni olması barədə fikirlərə üstünlük verilir. Aydın məsələdir ki, bizim uğurlarımızı, dolayı yolla erməni ordusunun məğlubiyyətini etiraf etmək yeni hökumətin nə indi, nə də sonra qəbul edə biləcəyi bir şey deyil. Xalq şoka düşə bilər və bunun nəticəsində də qiyam yarana bilər. Belə bir vəziyyəti isə əvvəlki hakimiyyət mütləq dəstəkləyəcək və məhz o zaman silah səsləri eşidiləcək.

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryanın Nikol Paşinyanla eks-prezident Robert Köçəryan və KTMT-nin keçmiş rəhbəri Yuri Xaçaturovun həbsi barədə danışıqlarının sosial şəbəkələrdə yayılmasından sonra hadisələrin bu cür inkişaf ssenarisi daha real görünür.

Ermənistan mətbuatının yazdığına görə, bu dinləmənin benefisiarları Robert Köçəryan və onun yaxın ətrafıdır. Bununla Köçəryan 1 mart 2008-ci il hadisələri ilə bağlı məhkəmə prosesinin legitimliyini şübhə altında qoymağa çalışır. Dinləmənin digər bir səbəbi kimi isə dövlət sisteminin və müvafiq orqanların zəifliyi göstərilir.

Göründüyü kimi Ermənistan Respublikası vətəndaşlarının sevinmək üçün bəhanələri yumşaq dillə desək sadəcə yoxdur. Buna baxmayaraq həyəcan təbili çalmaq üçün əsaslar artıq çoxdan həddini keçib. Üstəlik, ermənilərin “məxməri inqilab”ının Qərbdən güclü maliyyə dəstəyi alması barədə ümidlər də puça çıxıb. Belə bir şey yoxdur. Brüsseldə fəaliyyət göstərən əsas erməni lobbi təşkilatlarının səmərəliliyi də son illərdə olduqca azalıb. Söhbət AGBU (Armenian General Benevolent Union), EAFJD (European Armenian Federation for Justice and Democracy) və EuFoA-dan (European Friends of Armenia) gedir.

Konkret rəqəmlərə nəzər salaq. Əgər AGBU 2016-cı ildə AB strukturlarından 42 min avro qrant almışdısa, 2017-ci ildə təşkilat AB institutlarından heç bir qrant ala bilməyib. EAFJD təşkilatının vəziyyəti heç də bundan yaxşı deyil. Əlavə edək ki, Azərbaycanın Baş Prokurorluğu 2018-ci ilin fevralında sözügedən təşkilatın rəhbəri Kaspar Karampetyana qarşı cinayət işi qaldırıb. Məhkəmə qərarı əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib və o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Nəticədə minlərlə insan www.change.org platforması vasitəsilə petisiya başladıblar. Onlar Belçika hüquq-mühafizə və parlament orqanları, həmçinin Avropa Birliyi qurumlarından Karampetyanın Avropa siyasətçilərini satın almasıyla bağlı qanunsuz fəaliyyətlərinin araşdırılmasını tələb ediblər. Bütün bunlar sözsüz ki, AB-nin EAFJD ilə münasibətlərinə yenidən baxmasına təsir göstərib.

Nəhayət EuFoA barədə xatırlayaq. Bu təşkilatın erməni mətbuatının böyük təəssüflə qeyd etdiyi kimi artıq çoxdandır rəhbəri yoxdur və təşkilatın proqramının icrası templəri yavaşlayıb. Ermənistan-AB münasibətlərinin inkişafında həlledici rol oynayan bu təşkilat ətrafında böhran əsasən maliyyə məsələləri ilə bağlıdır. Sadə dillə desək, burada pulun çatışmazlığından şikayətlənirlər.

Hətta Ermənistan KİV belə qəbul edir ki, onsuz da daxili-siyasi problemlərin cəngində olan ölkənin bu problemlərini həll etmədən sözügedən layihələrin maliyyələşdirilməsi ilə ciddi şəkildə məşğul olacağını düşünmək ağılsızlıq olardı. İndi isə gəlin Ermənistanın hazırkı daxili-siyasi vəziyyətini xatırlayaq. Vəziyyət təhlükəli həddədir və növbədənkənar parlament seçkilərindən sonra da belə qalacaq. Qan və qiyam qoxusu hələ uzun müddət Ermənistan üzərində əsəcək. Bu isə o deməkdir ki, vəziyyətin Qərbin maliyyə yardımı ilə düzələcəyini gözləməyə dəyməz.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.