Ruhani OPEC-in hasilatın azaldılması barədə qərarını şərh edib

10-12-2018, 07:03           
Ruhani OPEC-in hasilatın azaldılması barədə qərarını şərh edib
İran prezidenti Həsən Ruhani bildirib ki, OPEC-in neft hasilatının azaldılması barədə qərarı ABŞ-ın müdaxilə siyasətini uğursuzluğa düçar etdi.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

"ABŞ-ın OPEC-in işlərinə müdaxilə və balansı pozmaq cəhdlərinə baxmayaraq, üzv ölkələrin müqaviməti və neft nazirinin (İranın neft naziri Bijan Zanqane - red.) səyləri sayəsində onların planları uğursuz oldu", - deyə İran prezidenti bildirib.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.