Paşinyandan seçkisonrası ilk QARABAĞ AÇIQLAMASI - "Ümid edirəm ki, Türkiyə də buna hazırdır"

11-12-2018, 10:31           
Paşinyandan seçkisonrası ilk QARABAĞ AÇIQLAMASI - "Ümid edirəm ki, Türkiyə də buna hazırdır"
Ermənistandakı növbədənkənar parlament seçkilərinin qalibi olan müvəqqəti baş nazir Nikol Paşinyan Baş Nazirlik binasında xarici jurnalistlərin suallarını cavablandırıb.

FaktXəbər-in məlumatına görə, Paşinyan müxbirlərin suallarını cavablandırarkən, Türkiyə ilə münasibətləri normallaşdırmaq məsələsində yeni bir addım atıb atmayacağına dair fikir bildirib.

"Türkiyə ilə əlaqələrimiz Dağlıq Qarabağ problemilə əlaqəlidir", - deyən Paşinyan, Ermənistan ilə Azərbaycan arasındakı əlaqənin Türkiyə ilə Ermənistan arasındakı münasibətə də təsir göstərdiyini bildirib.

Paşinyan, "bundan əvvəl də dəfələrlə demişəm, Türkiyə ilə ilkin şərt olmadan birbaşa əlaqə qurmağa hazırıq. Ümid edirəm ki, Türkiyə də buna hazırdır", - deyə qeyd edib.

Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ məsələsinə də toxunan Paşinyan, bunun beynəlxalq gündəmdə özünə yer etdiyini və prioritetlər arasında olduğunu söyləyib: "Bu problemi həll etməyə ümid edirik. Dinc həll yolunu tam gücümüzlə müdafiə edirik."

Paşinyan, Dağlıq Qarabağ münaqişəsinin orada yaşayanlara özünü idarəetmə hüququ tanınmadan mümkün olmayacağını deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.