BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı - FOTOLAR

11-12-2018, 20:24           
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı - FOTOLAR
Bakı Dövlət Universitetində (BDU) milli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyublar.

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva Heydər Əliyevin xidmətlərindən danışıb, onun müəyyənləşdiridiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əli Babazadə tədbirdə çıxış ediblər. Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov iştirak və çıxış etməyib. A. Məhərrəmov hazırda da hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvüdür./BakuPost/














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.