Pxenyan qərarını dəyişdi: dünyanı ŞOKA SALAN ADDIM

17-12-2018, 07:53           
Pxenyan qərarını dəyişdi: dünyanı ŞOKA SALAN ADDIM
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın siyasəti ilə əlaqədar denuklearizasiyadan imtina variantına baxır.

Publika.az xəbər verir ki, bu haqda Şimali Koreyanın STAK agentliyinə istinadən “RİA-Novosti” bildirib.

Xəbərə görə, KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan həmişəlik imtinaya gətirib çıxara bilər.

KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar yalnız əks effektə gətirib çıxaracaq.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə Koreya yarımadasının tam denuklearizasiyasına razılaşıblar. ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.

Ötən ay isə KXDR ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib. Danışıqlarda ABŞ prezidenti ilə KXDR lideri Kim Çen In arasında ikinci sammitin keçirilməsi və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələləri müzakirə olunmalı idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.