Fəzail Ağamalının yüksək səviyyəli görüşləri davam edir – FOTOLAR

16-10-2015, 19:54           

Fəzail Ağamalının yüksək səviyyəli görüşləri davam edir – FOTOLAR
16 oktyabr 2015-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Çuxanlı və Parça-Xalac inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib.
Görüşdə çıxış edən Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov və vəkili Ziyafət Şirinov görüşü açaraq, sözü seçicilərə verdi.
Kənd ağsaqqallarından Zakir İbrahimov, Ağaverdi Fətəliyev, təqaüdçü Xəzəngül Sadıqova, müəllimə Zemfira Qədirova və Sevinc Səfərova, kənd ziyalıları Fikrət Qafarov, Sərvət Xəlilov, Mirzəbəy Atayev, sahibkar Avdı Həsənov, kənd sakini Ağa Abbasov və digər şəxslər çıxış edərək, kəndlərdə yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırdılar.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.