Kim Çen dərman fabrikinə niyə getdi? - Dəhşətli silah

12-01-2019, 09:21           
Kim Çen dərman fabrikinə niyə getdi? - Dəhşətli silah
Axar.az rusiyalı politoloq, Uzaq Şərq üzrə ekspert Yuri Moskalenko ilə müsahibəni təqdim edir:

– Şimali Koreya lideri Kim Çen İnin Çin səfəri çərçivəsində dərman fabrikinə getməsi necə izah olunmalıdır? Keçmiş hadisələrlə müqayisə etsək, onun hər oxşar səfəri yeni bir müəssisənin açılması ilə nəticələnib. Şimali Koreyanın yaxın gələcəkdə öz dərmanlarının istehsalına başlaması mümkündürmü?

– Əgər çinlilər bunun əleyhinə olmasa, tamamilə mümkündür. Şimali Koreya Çindən çox asılıdır. Burada həm də daha ciddi nüanslardan söhbət gedir.

Əgər amerikalılar Şimali Koreyanı nüvə silahından imtina etməyə məcbur edərsə, digər şantaj üsullarına ehtiyac yaranacaq. Alternativ şantaj bakterioloji silah ola bilər. Bu, Çinə də sərf edir. Vaşinqtonla qarşıdurma kontekstində Şimali Koreyanı ABŞ, Yaponiya, hətta geniş mənada Qərbə təzyiq vasitəsi kimi istifadə etmək Çin üçün olduqca əlverişlidir.

– KXDR Çinin əlində oyuncaq olmağa razılaşacaq?

–Xeyr, razılaşmayacaq. Şimali Koreya öz oyununu oynayır və həm Çin, həm də Rusiyadan istifadə etməyə çalışır. Bəzən bu maraqlar üst-üstə düşür.

– Sizin fikrinizcə, Pxenyan ilk növbədə hərbi, yoxsa mülki sahədə öz sənayesini inkişaf etdirəcək?

– Hesab edirəm ki, mülki sahədə valyutanı qəbul etməyə imkan verən sahələr – dəniz məhsullarının ixracı və sairə, hərbi sahədən isə, sanksiyalara baxmayaraq, raket istehsalı ilə bağlı sənaye inkişaf edəcək. Bioloji (bakterioloji) silahların istehsalı da bura aiddir. Və burada əczaçılıq şirkətlərinə çox ehtiyac olacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.