“Nəsimi Azərbaycan xalqının vəsiqəsidir” - Aqil Abbas

12-01-2019, 12:21           
“Nəsimi Azərbaycan xalqının vəsiqəsidir” - Aqil Abbas
"Nəsimini tanıtmaq ədəbiyyata qayıdış deməkdir"
Bunu Azvision.az -a millət vəkili Aqil Abbas Azərbaycanda 2019-cu ilin "Nəsimi İli" elan olunmasına münasibət bildirərkən deyib. Deputat ölkə başçısının qərarını dəstəklədiyini, Nəsiminin Azərbaycan üçün dahi şəxsiyyət olduğunu söyləyib.

“Nəsimi mənim üçün böyük filosofdur. Sadəcə olaraq fəlsəfəsini avropalılar kimi nəsrlə deyil, nəzmlə yazıb. O, əvəzssiz bir dühadır. Azərbayacan xalqının vəsiqəsdir. 2019-cu ilin "Nəsimi ili" elan olunmasına sevindim. Nəsiminin tanıdılması ilə bağlı təkcə Azərbaycanda deyil, ölkə xaricində də tədbirlər keçirilməlidir. Nəsimini tanıtmaq ədəbiyyata qayıdış deməkdir. Son zamanlar ədəbiyyatdan, klassikadan uzaqlaşmışıq. Televiziyadakı verilişlər buna imkan vermir . Bu cəhətdən "Nəsimi ili"nin elan olunmasının üstünlükləri var”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.