“Azərbaycanla anlaşmağın yolunu tapmaq lazımdır” – Naira Zohrabyan

17-01-2019, 13:17           
“Azərbaycanla anlaşmağın yolunu tapmaq lazımdır” – Naira Zohrabyan
“Azərbaycanda əsir saxlanılan Karen Kazaryan ətrafında siyasi oyun oynamağa çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Naira Zohrabyan deyib.

Deputat qeyd edib ki, Kazaryanın əsir düşməsi Ermənistan cəmiyyətində böyük reaksiyaya səbəb oldu:

“Hesab edirəm ki, belə bir populizmə ehtiyac yoxdur. Bu məsələdəki radikal populizm və davranışlar qarışıqlığa yol açır. Bunu kənara qoyub, qarşı tərəflə (Azərbaycanla) anlaşmağın yollarını tapmaq lazımdır”.

Qeyd edək ki, Ermənistan ordusunun kəşfiyyatçısı Karen Kazaryan 2017-ci ildə Azərbaycan sərhədlərini pozmağa cəhd edərkən, hərbçilərimiz tərəfindən saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.