Torpaqlar qaytarılmayacaq: 5 gün sonra... - Moskvadan SÜLH DANIŞIQLARINA ZƏRBƏ

17-01-2019, 14:49           
Torpaqlar qaytarılmayacaq: 5 gün sonra... - Moskvadan SÜLH DANIŞIQLARINA ZƏRBƏ
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyadan Cənubi Kuril adalarının qaytarılmasını tələb edən Tokioya novbəti dəfə sərt cavab verib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, siysətçi adaların Yaponiyaya verilməyəcəyini bildirib.
“Tokio bu barədə susmalı və aydın anlamalıdır ki, Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir. Rusiya parlamentinin mövqeyi bu məsələdə olduqca dəqiqdir: Kuril Yaponiyaya verilməyəcək”, - partiya lideri Dövlət Dumasının iclasında deyib.
Öz növbəsində, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Jirinovskinin nitqinin yapon dilinə tərcümə edilməsi təklifiylə çıxış edib.
Jirinovski daha əvvəl “lenta.ru” saytına müsahibəsində Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun “torpaqları ucuz almaq” cəhdi adlandırıb. O xatırladıb ki, Yaponiya faşist Almaniyası ilə birlikdə II Dünya müharibəsi zamanı “Üçlər ittifaqı”nda idi və dəfələrlə Rusiyaya hücum edib. Onun sözlərinə görə, rus əsgərinin ayağı heç vaxt öz iradəsi ilə yapon torpağına dəyməyib.

“Onlar həmişə Urala qədər rus torpaqlarını tutmağı arzulayırdılar”, - siyasətçi deyib.
Jirinovski yaponlara alternativ həll təklif edib: Rusiyada işləmək.
“Yaponlar Kuril adaları məısələsində niyə dirəniblər? Saxalin, Kamçatka, Xabarovsk, Maqadan, Sibir mənimsənilməmiş ərazilərdir. Harada istəyirsinizsə, işləyin, fabrikləri tikin, kənd təsərrüfatı məhsullarını yetişdirin. Bayraq Rusiya bayrağı olacaq, əgər sizdə ərazilər çatışmırsa, siz sakitcə Rusiyada işləyin. Müasir dünyada sərhədlər keçmişdəki kimi rol oynamır”, - o hesab edib.
Qeyd edək ki, yanvarın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe sülh müqaviləsi haqqında danışıqlaı aparacaq. Yaponiya Rusiyadan Cənubi Kuril adalarını verməyi tələb edir. 2018-ci il noyabrın 14-də liderlər arasında görüş keçirilib. Onlar 1956-cı il oktyabrın 19-da imzalanan Birgə bəyannamə əsasında sülh müqaviləsi üzrə danışıqların aktivləşdirilməsi haqqında razılaşıblar.
Qeyd edək ki, Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazlər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün “şimal əraziləri” hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.
Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Kuril adaları üzərində müstəqillik məsələsi müzakirə edilmir. O vurğulayıb ki, Kuril adaları üzərində Rusiyanın müstəqilliyinin Tokio tərəfindən tanınması olmadan sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş çətin olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.