Eynulla Fətullayev Əli Kərimliyə od püskürdü: - “Sən necə liberal oldun?”

21-01-2019, 18:43           
Eynulla Fətullayev Əli Kərimliyə od püskürdü: - “Sən necə liberal oldun?”
19 yanvar mitinqinin sonra AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə çıxdığı canlı yayımlarda söylədiyi fikirlər media təmsilçiləri arasında fərqli qarşılanır. Dünən axşam o, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının verilişinə qonaq olub və bəzi çağırışlar edib.

AXCP sədri xalqı iqtidarın deyil, müxalifətin mətbuat orqanlarını oxumağa çağırıb. Bununla bağlı Haqqın.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev sərt status paylaşıb.

Həmin statusu təqdim edirik: “Sevinc Osmanqızının verilişində müxalifət lideri Əli Kərimli xalqa daha bir çağırış edir. Bəy xalqdan xahiş edir ki, iqtidar qəzetlərini yox, müxalifət mətbuatını oxusun. Mən həmişə deyirdim, Əli Kərimli müxalifətdə avtoritarizm düşüncəsinin parlaq nümayəndəsidir. A kişi, necə kimisə hansısa qəzeti və ya kitabı oxumağa sövq və ya təşviq etmək olar? Maraqlı nədirsə, onu da oxuyacaqlar. Yəni, bu qədər bəsit. Onda sən necə liberal oldun? Tənqidə dözümsüz, qisasçı, xırda hisslərin girovu, ehkamçılıqla yaşayan Əli Kərimli... Təsəvvür edirsinizmi, hansısa Avropa siyasətçisi və yaxud elə Paşinyanın özü xalqa desin ki, bəs filan qəzetləri oxumayın. Nə qədər gerizəkalı insan imiş. Heç nə dəyişmədi bu 20 il ərzində...”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.