AB İrəvana 732 milyon ayırdı: Bəs, Bakıya? - SİYAHI

21-01-2019, 18:45           
AB İrəvana 732 milyon ayırdı: Bəs, Bakıya? - SİYAHI
Xəbər verdiyimiz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu vəsait sayəsində Şərq Tərəfdaşlığı ölkələrində 4800 kilometr yol, 6 liman və 11 logistik mərkəz tikilməsi planlaşdırılıb. Vəsait 2030-cu ilə qədər Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək.

Layihə çərçivəsində ən az vəsaitin Ermənistana verilməsi nəzərdə tutulur. Belə ki, İrəvana 732 milyon avro ayrılıb ki, bu vəsaitin də 450 milyonu Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi üçün istifadə olunacaq.

Ən böyük vəsaitin Ukraynaya (4,453 milyard avro) və Gürcüstana (3,5 milyard avro) ayrılması planlaşdırılıb. Tiflisə veriləcək vəsaitlə Zumateleti-Arqveti yolu, Rustavi-Qırmızı körpü yolundakı körpünün, Alqei-Sadaxlı yolunun, Sadaxlıdakı körpünün, Qriqorleti-Kobuleti yolunun tikiləcəyi bildirilib.

Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb – 2 milyard 78 milyon avro.

Digər ölkələr – Belarusa 1,248 milyard avro, Moldovaya isə 917 milyon avronun verilməsi planlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.