"Axı mənim yanımda Tramp kimdir?" - Bayram Səfərov bahalı avtomobilindən DANIŞDI

21-01-2019, 23:39           
"Axı mənim yanımda Tramp kimdir?" - Bayram Səfərov bahalı avtomobilindən DANIŞDI
Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS" model avtomobildə gəzməyindən danışıb.

İcra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:

"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!".

Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS" model avtomobili verilib.

Hazırda sözügedən avtomobilə "58-AA-001" dövlət nömrə nişanı taxılıb.

Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.