Hər gün Naxçıvana orta hesabla 1100 turist gəlib? – Şübhəli statistika

23-01-2019, 20:30           
Hər gün Naxçıvana orta hesabla 1100 turist gəlib? – Şübhəli statistika
Naxçıvan ötən il beynəlxalq tədbirlərə, idman yarışlarına da uğurlu ev sahibliyi edib.
“Report” muxtar respublikanın Turizm Departamentinə istinadən xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması da turizm imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayıb.

Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib.

Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da diqqətdə saxlanılacaq.

***

Ötən il ərzində Naxçıvana 414 mindən artıq turistin gəlməsini əks etdirən statistika, yumşaq desək, şübhə doğurur. Bu, hər gün orta hesabla təxminən 1130 turist deməkdir.

Xatırlatmaq yerinə düşər ki, hər gün Bakıdan Naxçıvana 4-5 təyyarə reysi yerinə yetirilir. Bu reyslərlə 800-100 nəfər sərnişin daşınır. Belə görünür ki, muxtar respublikanın Turizm Departamenti Naxçıvanın ərazisinə ayağı dəyən hər bir kəsi turist kimi qeydiyyata alır. (azpolitika.info)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.