AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib

24-01-2019, 08:13           
AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) dezinformasiya və təbliğat kontekstində ictimai media xidmətinə dair qətnamə qəbul edib. “Report“un Qərbi Avropa bürosunun məlumatına görə, qətnamədə göstərilir ki, ictimai mətbuat orqanları demokratik cəmiyyətlərimizdə vacib missiya daşıyırlar.
“Dezinformasiya, təbliğat və nifrət yaradan müzakirələrin ifrat dərəcədə artdığı yeni media mühitində, ictimai mətbuat ədalətli rəyləri və doğru informasiyaları ilə informasiya xaosu fenomeni ilə mübarizə üçün əlverişli mövqeyə malikdir”, – deyə sənəddə bildirilir.
Qətnamədə deyilir ki, maarifləndirmə proqramları həyata keçirməklə və insanlarda informasiya və gəldiyi mənbələrə münasibətdə tənqidi yanaşmanı inkişaf etdirməklə ictimai mətbuat dezinformasiya və propaqandaya qarşı mübarizədə yaxından iştirak etməlidir.
Assambleya üzv ölkələrə informasiya özbaşınalığının ictimaiyyətə təsirini öyrənmək məqsədilə informasiya xaosuna dair tədqiqatlar aparmağı tövsiyə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.