OPEC Maduronun ABŞ-ın sanksiyalarını pisləməyə dair çağırışını cavabsız qoyub

12-02-2019, 07:50           
OPEC Maduronun ABŞ-ın sanksiyalarını pisləməyə dair çağırışını cavabsız qoyub
Venesuela prezidenti Nikolas Maduro OPEC-i ABŞ tərəfindən ölkəsinin neft sektoruna yönəlmiş sanksiyaları pisləməyə çağırıb, lakin kartel onun bu çağırışına cavab verməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Maduronun adından 29 yanvar tarixində OPEC-in baş katibi Məhəmməd Barkindoya ünvanlanmış məktub barədə məlumatlı olan mənbəyə istinadən "Reuters" məlumat yayıb.

"Ölkəmiz hazırda ABŞ-ın Venesuelanın daxili işlərinə qanunsuz və əsassız müdaxiləsinə qarşı apardığımız mübarizədə OPEC ölkələri və onun nazirlər konfransının həmrəylik və tam dəstəyinə ümid bəsləyir", - deyə agentlik Maduronun OPEC-in baş katibinə yazdığı məktubdan sitat gətirir.

Maduro OPEC-i bu hərəkətlərin qlobal neft bazarına təsir göstərdiyini və təşkilata daxil olan digər ölkələr üçün yaratdığı riski nəzərə almaqla ABŞ-ın sanksiyalarına müqavimət göstərməyə yönəlmiş qərarlar tapmaqda Venesuelaya köməklik göstərməyə çağırıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru