Söyün Sadıqovun oğlu atasının həbs xəbəri ilə bağlı danışdı

12-02-2019, 23:03           
Söyün Sadıqovun oğlu atasının həbs xəbəri ilə bağlı  danışdı
Xəbər verildiyi kimi, rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hü quq mühafizə orqanları tərəfindən saxlanılıb.

S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunduğu deyilir. Onu güç yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Söyün Sadıqovun oğlu Ruslan Sadıqov saxlanma xəbərini Cebhe.info-ya təsdiqləyib. Bildirib ki, atası ermənilərin sifarişi əsasında saxlanılıb. Belə ki, S. Sadıqov Gürcüstanda erməni terrorçusuna abidə qoyulmasına etiraz etdikdən sonra hadisə baş verib. R. Sadıqov onu da bildirib ki, saxlanma xəbəri 513 izləyicisi olan bloqqer tərəfindən ictimailəşdirilib:" O da ermənilərə işləməsiylə tanınır". R.Sadıqov əlavə edib ki, hazırda ailəsi S. Sadıqovun həbsinin təfərrüatlarını dəqiqləşdirir və həftə ərzində mətbuata açıqlama veriləcək.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində çalışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru