“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edilib

13-02-2019, 00:37           
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edilib
Parlament Xəzərlə bağlı sənədləri ratifikasiya edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanıb.

Müzakirələrdən sonra Konvensiya təsdiq edilib.

Həmçinin, plenar iclasda "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin və digər Sazişlərin təsdiq edilməsi məsələsinə baxılıb.

Bildirilib ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.