"Dünya hasilat sektorundan İT sahəsinə keçir"

15-02-2019, 13:34           
"Dünya hasilat sektorundan İT sahəsinə keçir"
Ekspert: "Bir çox ölkələrdə bunun üçün dövlət proqramları qəbul edilir"

Azərbaycan iqtisadiyyatının əsas gücü informasiya texnologiyalarına (İT) deyil, digər sahələrə yönəldilir. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə İT mütəxəsisi Vahid Qasımov deyib.

O bildirib ki, dünya iqtisadiyyatı zamanla müxtəlif inkişaf mərhələləri keçir: "İnkişaf etmiş ölkələr artıq başqa mərhələyə keçib. Onlar hasilat, satış və istehsala deyil, intelektual informasiya texnologiyalarının inkişaf etdirilməsinə çalışırlar".

"Bir çox ölkələrdə bunun üçün dövlət proqramları qəbul edilir. Bizdə də belə addımlar atıla bilər. Ümumilikdə internet texnologiyalarının inkişafı baxımından bizdə vəziyyət pis deyil" - ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.