“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”

23-02-2019, 12:41           
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
“Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donanması barədə təsəvvürləri də yoxdur, sadəcə bu tarixi 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə 23 fevralı uşaqlara bayram kimi təqdim edənləri tənqid edən paylaşımında yazıb.

Millət vəkili bu günü uşaqlara xatırladanları qınayıb: “Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyumuza soxdular, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Məktəblərdə oğlanların bayramı deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, Sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.