İrandan Zelandiyada teraktı haqda şok: Onların əli var

18-03-2019, 08:41           
İrandan Zelandiyada teraktı haqda şok: Onların əli var
Avropa ölkələri terrorizmlə əlaqəsi olan şəbəkələrə qarşı ciddi tədbirlər görməlidir.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

“İslamofobiya belə amansız hücumlara (Yeni Zelandiyada baş vermiş terakt nəzərdə tutulur – red.) səbəb olur. Bu teraktın hansısa partiya tərəfdarları tərəfindən təşkil edildiyinə şübhə ilə yanaşırıq. Pərdə arxasında daha mühüm nüanslar ola bilər. Bəlkə də bəzi hökumətlərin bu terrorda əli var. Hadisə təfərrüatı ilə aşkara çıxarılmalıdır”, - Laricani bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.