Qarabağı Rusiyanın mandatı altına vermək? - GENERAL SAMVEL BABAYANIN TƏKLİFİ, REAKSİYALAR

18-03-2019, 15:34           
Qarabağı Rusiyanın mandatı altına vermək? - GENERAL SAMVEL BABAYANIN TƏKLİFİ, REAKSİYALAR
Qondarma “dqr”in keçmiş “müdafiə naziri”, Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, general Samvel Babayan qalmaqallı təkliflə çıxış edib.

Virtualaz.org erməni mənbələrinə istinadla xəbər verir ki, Babayan 24news internet televiziyasının efirində Ermənistanı Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərindən imtina etməyə və Qarabağı Rusiyanın mandatı altına verməyə çağırıb.

“Beynəlxalq problemlərin həlli mexanizmləri var. Bu cür kəskin münaqişələr ərazi mandatının verilməsi yolu ilə həll olunur. Məsələn, Rusiya mandatı alır, xəritəni tətbiq edir və insanlar cızılmış sərhədlər daxilində yaşayırlar. Bu cür münaqişələr məhz belə həll olunur. Lakin demək ki, Ermənistan və Azərbaycan masa arxasına oturub razılaşsın...Bu məsələni həll etməyəcək, pozulmaya və müharibəyə gətirib çıxaracaq”-Samvel Babayan bildirib.

Dağlıq Qarabağ “prezidenti” olmağa iddia edən keçmiş səhra komandirinin bu açıqlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Politoloq Styopa Səfəryan özünün Facebook səhifəsində Babayanın dediklərini belə şərh edib: “Xatırlayırsınızmı, 2016-cı ildə Moskvadan qayıdan kimi Samvel Babayan 4 günlük aprel müharibəsini necə şərh etmişdi?...Baş verənləri müharibə yox, diversiya adlandırmışdı. Bu da hücum edən tərəfdən “məsuliyyətin götürülməsi” demək idi, çünki diversiyaya görə beynəlxalq məsuliyyət yoxdur, amma müharibəyə görə var... İndi Babayan deyir ki, Qarabağ Rusiyanın mandatı altına keçməlidir...Rusiyada 2008-ci ildə işlənib hazırlanan, 2012-2013-cü illərdə konseptual olaraq təqdim edilən proqram əsasında. Həmin proqramın mahiyyətinə görə Abxaziyada, Cənubi Osetiyada və Dnestryanı bölgədə olduğu kimi Dağlıq Qarabağda da Rusiyanın hərbi iştirakı olmalıdır. Bu yeganə məqamdır ki, hətta Serj Sərkisyan da ona müqavimət göstərib, aprel müharibəsi və Belarus prezidenti Lukaşenko da buna şahiddir...”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru