Elçin Şıxlı:”O məmurlar hələ ki orda oturub, mediada heç bir islahat gözləmirəm”

18-03-2019, 23:35           
Elçin Şıxlı:”O məmurlar hələ ki orda oturub, mediada heç bir islahat gözləmirəm”
Prezident İlham Əliyevin ölkənin müxtəlif sahələrində problemlərin həlli ilə bağlı atdığı atdımlar cəmiyyətdə müsbət qarşılanır və eyni zamanda gözləntilər yaradır. Bu çərçivədə media sahəsində hansı addımlar atıla bilər?
Fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, atılacaq addımlar barədə danışmaqdan yorulub: “Təkrar etməkdən yorulmuşam. Ona görə nə addım atılacaq hələ bilmirəm. Atılsın sonra fikrimi deyəcəm. Təklifim çoxdur.
Birincisi, gərək hər şey kökündən dəyişdirilsin. Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin. Beynin düzəlməsi də mümkün deyil. Çətin məsələdir. Təkliflər vermişəm, indi daha vermək istəmirəm. Bəsdir. Hər şey ortalıqdadır, illərdi deyirik. Qəzet yayımı sistemi məhv edilib. Bu bərpa olunmalıdır.
Reklam bazarı mümkün qədər özünə gətirilməlidir. Siyasi qadağalar olmamalıdır. Kimə reklam vermək olar, kimə olmaz məsələsi aradan qaldırılmalıdır. Bunu da hakimiyyətdə oturan müəyyən məmurlar edir. O məmurlar da hələ orda oturub, ona görə heç bir islahat gözləmirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.