“Rusiya Qarabağda mümkün provokasiyalar hazırlaya bilər” - TƏHLİL

23-03-2019, 12:40           
“Rusiya Qarabağda mümkün provokasiyalar hazırlaya bilər” - TƏHLİL
“ABŞ prezidenti Donald Trampın Suriyanın işğal altında olan Colan təpələrini İsrailin ərazisi kimi tanıya biləcəyi kimi bəyanatı beynəlxalq hüquq sisteminin çöküşüdür”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazdə deyib.

O bildirib ki, dövlətlərin ərazi bütövlüyünə qəsd və anneksiyanı ilk dəfə “soyuq müharibə”dən sonra Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanımaqla, həmçinin Ukraynanın Krımı anneksiya etməklə beynəlxalq nizamı pozdu:

“Trampın Qüds qərarı və Colan təpələri ilə bağlı bəyanatından aydın olur ki, ABŞ və Rusiya yeni sərhədlərin formalaşması istiqamətində fəaliyyətə keçiblər. Azərbaycan üçün təhlükəli ssenari məhz Qarabağ münaqişəsinin həll edilməməsi, əsasən Rusiyanın təsir qüvvəsinin qalmasıdır. Qeyd edim ki, Moskva Trampın bu kimi bəyanatlarından pərdəarxası razıdır. Çünki öz işğalçı və təsiredici siyasətini qonşu ölkələrə tətbiq edir. Ona görə də Rusiyadan Qarabağla bağlı hər hansı pozitiv siyasət gözləməyək. Rusiya çalışacaq ki, regionunumuza təzyiqini artırsın. Qarabağda mümkün provokasiyalar hazırlaya bilər”.

Çox təhlükəli oyunların getdiyini diqqətə çatdıran politoloq qeyd edib ki, beynəlxalq qanunlar deyil, güc tətbiqi aktualdır:

“Azərbaycan Türkiyə və Pakistanla hərbi müttəfiq müqavilələr bağlamalı və hər an ordunu Qarabağda döyüşə hazır vəziyyətdə saxlamalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.