Anar Məmmədovun yarımçıq vətənpərvərliyi- Ziya Məmmədovun vəzifədən kənarlaşdırılması Məmmədovları Azərbaycandan küsdürüb

25-03-2019, 07:39           
Anar Məmmədovun yarımçıq vətənpərvərliyi- Ziya Məmmədovun vəzifədən kənarlaşdırılması Məmmədovları Azərbaycandan küsdürüb
Bir zamanlar Azərbaycan həqiqətlərini dünyaya, xüsusən də ABŞ cəmiyyətinə çatdırılması istiqamətində lobiçilik fəaliyyəti ilə öyünən və bu məqsədlə milyonlarla dollar xərclədiyini bəyan edən Azərbaycan-Amerika-Alyansının qurucusu, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holding” şirkətlər qrupunun rəhbəri Anar Məmmədov indi lobbiçilik səhnəsindən geri çəkilib.

Bu il Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində cənab Məmmədov “Facebook” səhifəsində sonu ikibaşlı cümlə ilə bitən “heç kim və heç nə undulmur” başsağlığı mesajından başqa heç nə ilə ictimaiyyətin qarşısına çıxmadı.

Maraqlıdır, nədən Anar müəllim əvvəlki illərdə olduğu okeanın o tayında Azərbaycan həqiqətlərini, erməni vandalizmini ABŞ ictimaiyyətinə çatdırmaq üçün fəallıq etmədi?! Anar müəllimin “ruhdan düşməsi” nə ilə bağlıdır? Bəlkə, elə “vətənpərvərliyi başa çatan siyasi karyerlarla birgə addımlayırdı?!

Yaxşı xatırlayırıq ki, Azərbaycanda neft bumu dövründə Anar Məmmədov da bəzi “vətənpərvər”, “Vətən fədailəri” kimi sinəsinə irəliyə verib hündürdən vətənpəvərlik “dərsi” keçirdi. Və bunu hər hansı məqam sahibi olduğu üçün deyil, məhz Vətəninə olan bağlılıqdan dolayı olduğunu dilə gətirirdi . Məqsədi də guya okeanın o tayında Amerika cəmiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqla, Xocalı soyqırmını, ermənilərin azərbaycanlılara qarşı işğalçı siyasətini və vəhşiliklərini faş etmək idi.

Hətta 2015-ci ilədək, nə qədər ki, Azərbaycanda manat devalvasiyaya uğrmamışdı, Anar müəllim Amerikanın müxtəlif şəhərlərində milyonlarla vəsait xərcləyib reklam posterləri yerləşdirirdi.

Nə oldu ki, belə gurultulu bəyanatlar verən və bu sahədə milyonlarla xərcləyən bir şəxs birdən-birə yoxa çıxdı. Son iki ildir ki, Anar Məmmədovun lobbiçilik fəaliyyəti haqqında bir kəlmə də olsun deyilmir. Axı, bir insan üzərinə hansısa missiyanı götürəndə onu başa çatdırmalıdır və ya buna gücü çatmayanda onu əvəz edə biləcək şəxsə həvalə etməlidir. Ancaq Anar müəllim bunların heç birini etmədi. Adama deyərlər ki, əgər bacarmayacaqdınsa, onda niyə belə bir məsuliyyətli işin altına girirdin?!

Yoxsa, bir zamanlar sanki borudan axan su kim, gələn o dollar kranı bağlanıb, ay, Anar müəllim?! Bəlkə bundan inciyib bu “lobbiçilik” fəaliyyətinə son verdin?!

Burada Azərbaycanın “bunu nənəm də edər” bir zərb məsələsi yada düşür. Yəni pul olandan, daha doğrusu zəhmətsiz yolla əldə edilən milyonları elə nənəm də xərcləyib, özünü qəhrəman edər. Əsl vətənpərvər isə odur ki, zəhməti və alın təri ilə qazandığını Vətənin yolunda xərcələsin. Daha rahat yolla özünü reklam edib qəhrəman kimi görsənməyə cəhd etməsin. Bəs sənin atanın və özünün təqiblərinə məruz qalıb ölkəni tərk etmək məcburiyyətində olan insanlar heç Azərbaycandan incimədi və ölkə ilə bağlı küskünlüyünü ortaya qoymadı. Demədilər ki, biz hansısa məmurun üzündən bu ölkəni tərk etmək zorunda qalmışıq və nəyə görə biz, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq?! Onlar əkəsriyyəti heç bunu beyinlərindən keçirmədilər. Düzdür, Azərbaycandakı Ziya Məmmədov və onun ətrafındakı məmurların fəaliyyətindən narazılıqlarını dilə gətirdilər, ancaq Azərbaycan məsələsi ortaya gələn kimi bütün ümu-küsüləri kənara atıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün özlərinin ən kiçik imkanlarından belə istifadə etdilər.

Heç olmasa onlardan bir ibarət götürəydin və bu məqamda özünün vətənpərvər bir insan olduğunu ən azından Azərbaycan cəmiyyətinə sübut edəydin. Amma nə oldu?!

Ancaq sən başqa bir yol tutub, havayı dolan pul kisənin başı bir az azalan kimi ölkəni tərk edib xaricə getdin.

Bəlkə də ictimaiyyətdə “Garant Holding” şirkətlər qrupunun rəhbəri Anar Məmmədovun üzləşdiyi “maliyyə çətinlikləri” üzündən Azərbaycanı tərk edərək ABŞ-a köçdüyünü bilmir. Ölkədən köçmüsən yaxşı etmisən, bu bir insan kimi sənin haqqındır, buna görə kimsə səni qınamır. Qınaq obyektinə çevrilməyinin səbəbləri məlumdur – özünü yalançı vətənpərvər kimi cəmiyyətə sırımaq niyyətin, üzərinə götürdüyün missiyanı yerinə yetirə bilmədiyin, qaş düzəldən yerdə vurub göz çıxarmağındır…

Bəzi zəruri xatırlatmalar:

Anar Məmmədov rəhbəri olduğu Azərbaycan-Amerika-Alyansı (AAA) 2011-2014-cü illərdə Vaşinqtonda 10 milyon dollara yaxın vəsait xərcləyib. Qeyd edək ki, bu məlumat lobbiçilik fəaliyyətini qeydiyyata alan ABŞ Ədliyyə Nazirliyinin qeydlərini izləyən Sunlight Fondunun rəsmi məlumatıdır.

ABŞ rəsmi mənbələri 2014-cü ildə A.Məmmədovun Fabiani & Co-ya araşdırma üçün 2,4 milyon dollar, 2015-ci ildə Alyans ABŞ-da lobbiçilik layihələrinə 1,3 milyon dollar xərclədiyi haqqında məlumat verir. Ancaq bundan sonra Anar müəllim lobbiçilik fəaliyyətini yarımçıq qoyur və səbəbini də açıqlamır.

Səəbi isə sadədir. Azərbaycanda atasının imkanlarının məhdudlaşdırılmasından incik düşən Anar Məmmədov 2011-ci ilin mayında Vaşinqtonda təsis etdiyi Azərbaycan Amerika Alyansının fəaliyyətini dayandırıb.

Bir müddət əvvəl isə Vaşinqtondakı ofisini bağlayıb, təşkilatın kollektivini rəsmən buraxıb.

Hətta, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, Amerika Azərbaycan Alyansının icraçı direktoru Con Bartonu da bu prosesdən uzaqlaşdırıb. Sabiq konqresmen də onu pulu verilmədiyindən Azərbaycan üçün lobbiçilik etməyəcəyini və bu təşkilatdan getdiyini bəyan edib. Əslində Anar Məmmədov bu hərəkəti ilə nüfuzlu amerikalı senatorları və konqresmenləri yarı yolda qoymaqla Azərbaycanın beynəlxalq imicinə zərbə vurub. Yaxşı bir misal var, bacarmadığın işin qulpundan yapışma, qoy işi iş bacaranlar görsün.

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, sağa-sola xərclənən o pullar halal yolla yox, elə Azərbaycan xalqının cibindən oğurlanmış vəsaitlərdi. Sadəcə bir zamanlar bu pullar sel kimi axırdə və Sizlər də onun bir qismini guya Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq adı altında özünüzü sığortalamaqla məşğul idiniz. O vəsait azalan kimi hər şey ortaya çıxdı.Yalançı vətənpərvərlik və qəhrəmanlıqlardan əsaər əlamət qalmadı.

Hələ onu da gözləyirik ki, bir azdan özününzü bu millətin əzabkeş nümayəndəsi kimi qələmə vermək üçün fəaliyyətə başalayacaqsınız. Azərbaycan hakimiyyətini tənqid etməklə özünüzün keçmiş əməllərinizə don geyindirməyə başlayacaqsınız. Sadəcə bir müddət səbr edib, lazımi məqamı gözləyəcəksiniz…

Xaricə çıxardığını varidat hesabına özünüzdən növbəti “vətənpərvər” və “qəhrəman” obrazı formalaşdırmağa cəhd edəcəksiniz. Bu dəfə nə qədər uğurlu olacağınızı zaman göstərəcək. Atalar deyib, dad yarımçıq əlindən, Anar müəllimin bu işi də başa çatdıracağına ümid yoxdur…
anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.