ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI – Rusiya revanşizmə və militarizmə nə qədər yaxındır?

25-03-2019, 08:47           
ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI – Rusiya revanşizmə və militarizmə nə qədər yaxındır?
Rusiya elitası dünya hökmranlığına yox, şəxsi sərvət toplamağa köklənib
Yüz il bundan əvvəl – 1919-cu ildə Parisdə bir konfrans keçirilib və orada Birinci Düya Müharibəsinin nəticələrinə yekun vurulub. Heç İkinci Dünya Müharibəsindən sonra da alman revanşizminin qarşısını almaq mümkün olmayıb. Bu gün isə bəziləri iddia edirlər ki, SSRİ-nin soyuq müharibədə məğlubiyyəti də Rusiyada, təxminən, Almaniyanın yüz il əvvəlki məğlubiyyətinin doğurduğu kimi bir revanşizm meyli doğurur. Bəs, bu iddia həqiqətə nə dərəcədə uyğundur və bu suala cavab verməyə cəhd göstərməyin vaxtıdır: Nə üçün almanlar 1919-cu ildən yox, 1945-ci ildən sonra sakitləşdilər?
Birinci Düya Müharibəsinin nəticələrinə görə, Almaniyanı iqtisadi baxımdan ciddi şəkildə aşağıladılar. Alman cəmiyyətinin normal inkişaf imkanları məhv edildi, amma imperiya demək olar, toxunulmaz qaldı. Bu da ölkədə militarizmin və güc amilinin yenidən doğulması üçün münbit şəraiti qoruyub saxladı.
Qaliblər 1919-cu ildə Avropanın nəinki gələcək quruluşu barədə fikirləşmədilər, əksinə, hərbi xərclərin necə kompensasiya edilməsi, aclıq çəkmiş xalqı yedirtmək və məğlub edilmiş düşməndən intiqam almaq barədə düşündülər. Bu problemlərin həlli üçün Almaniyanın çiyninə nəhəng reparasiyalar yükləndi. Müharibə ilə müflisləşmiş Almaniya imperiyasının üzərinə ölkənin gücü çatmayacaq həcmlərdə ödəniş öhdəlikləri qoyuldu. Belə vəziyyətdə zəif alman demokratiyası çap maşınını işə salmaq və hiperinflyasiyaya meydan verməkdən başqa çıxış yolu düşünüb tapa bilmədi. Bu yol da ölkənin bərpasına mane olurdu. Təəccüblü deyil – belə bir şəraitdə qəzəblənmiş almanlarda revanşist əhval yaranmağa başladı: Düşmən təkcə qələbə çalmayıb – o, həm də məğlubu ələ salıb.
Bununla bərabər, Almaniya ərazi baxımından İkinci reyxin zamanında olduğu kimi qalıb. Bəli, fransızlar Elzas və Lotaringiyanı almanların əlindən alıblar, Polşanın yenidən doğulması isə Almaniyanın şərq sərhədlərini ciddi şəkildə qərbə tullayıb. Ancaq ölkəni hissələrə bölmək istəməyiblər. Ona görə də, 1930-cu ildə Hitler cəbhələşməyə getmək qərarına gəlib və o, tezliklə Üçüncü reyxi yaratmağa nail olub. Ərazi, əhali və sənaye bazası bunun üçün yetərli olub.

İkinci Dünya Müharibəsindən sonra, Almaniya ilə tamam əks formada davranmağa başlayıblar: onu siyasi baxımdan alçaldıblar, amma bununda bərabər, sürətli iqtisadi bərpa üçün bütün imkanları saxlayıblar – hətta bu məsələdə ona kömək də ediblər.
Baxmayaraq ki, Üçüncü reyxi ayrı-ayrı dövlətlərə bölmədilər, amma vahid Almaniyanın mövcudluğuna son qoyuldu. Ölkənin şərqi SSRİ-nin nəzarəti altına keçdi. Qərbdə Federativ respublika meydana gəldi. Əlbəttə, AFR-nın oyuncaq və ABŞ-dan asılı dövlət olması barədəki boşboğazlıqların heç bir əsası yoxdur, amma bəzi mövqelərdə Qərbin qalibləri almanların müstəqilliyinə xələl gətiriblər.
Birincisi, denasifikasiya tədbirləri həyata keçirilib ki, bu da Almaniyada demokratik partiyaların mövqeyni gücləndirib. Müttəfiqlər konstruktiv qüvvələrlə oynayıblar və revanşizmə başçılıq edə biləcək qüvvələrə zərbə vurublar. Bunun ardınca iqtisadi yüksəliş və həyat səviyyəsinin yüksəlməsi nasizmlə yox, xristian-demokratların idarəçiliyi ilə assosiasiya təşkil edib.
İkincisi, müharibədən sonrakı AFR hərbi baxımdan yox, siyasi baxımdan müstəqil olub. Qərbi Almaniya NATO-ya daxil olub ki, bu da qonşu Avropa ölkələrinə qarşı militarizmin baş qaldırmasını istisna edib. Ayrıca götürülmüş alman pivə içərək, əlbəttə, revanşist şüarlar səsləndirə bilirdi, ancaq alman millətinə və ya heç olmasa, orduya başçılıq etmək üçün revanşistlərin heç bir şansı olmayıb.
Üçüncüsü, Almaniya iqtisadiyyatının müəyyən şərait daxilində sənaye militarizminin baş qaldırması üçün baza ola biləcək hissəsi çox ciddi nəzarət altına alınıb. Almaniya əvvəlcə Avropa kömür və polad birliyinə, sonra isə Avropa iqtisadi birliyinə daxil olub. Ümumi bazar ona gətirib çıxardıb ki, kömür, polad və digər məhsullar bütün Avropanın maraqları daxilində istehsal olunmağa başlayıb – Almaniya hökumətinin nəzəri baxımdan edə biləcəyi hərbi sifarişlərdən asılı olmayaraq.
Bundan əlavə, Almaniya iqtisadiyyatı 1950-ci illərdə özünə məxsus möcüzələr yaradıb, nədən ki, o, fövqəladə sürətlə inkişaf edirdi. Lüdviq Erhardın bazar islahatı və “Marşall planı” daxilində alınan kreditlər bunu stimullaşdırırdı. Üstəgəl, alman mallarına əhəmiyyətli tələb gözlənilmədən Koreya müharibəsini formalaşdırıb.
1920-1930-cu illərdəki vəziyyətdən fərqli olaraq, almanlar getdikcə varlanmağa və imperiya gücü barədə hər şeydən az düşünməyə başlayıblar. Üstəlik də 1950-1960-cı illərdə ölkəni idarə elən demokrat siyasətçilər 1930-cu illərdə nasistlərin etdiyi kimi, xalqı sıxışdırmayıblar…

İndi isə baxaq görək, iki müharibədən sonrakı Almaniya ilə müasir Rusiya arasında ümumi nələr var. SSRİ parçalanıb və bu, imperiya baxışlı insanları bərk məyus edib. Hazırda Rusiya əhalisinin sayı 1991-ci ildəki SSRİ əhalisinin sayından 2 dəfə azdır. Bu baxımdan, vəziyyət İkinci Dünya Müharibəsindən sonrakı Almaniya ilə oxşardır. Bu zaman Rusiya əvvəlki kimi, böyük ərazilərə malikdir və əhali sayına görə, bütün Avropa ölkələrindən irəlidədir. Bu vəziyyət məlum mənada 1920-1930-cu illərin Almaniyasını xatırladır. Ona görə də bəzi vətəndaşlar inanırlar ki, iqtisadiyyatın inkişaf səviyyəsinə və hərbi büdcənin həcminə görə, müqayisə aparmadan, biz asanlıqla öz düşmənlərimizə hücum edə bilərik.
Siyasi baxımdan, Rusiya şübhəsizdir ki, heç kimdən asılı deyil və əgər hakimiyyət xalqı «kəməri bərkitməyə» məcbur etsə, ölkə hərbi-sənaye kompleksinin xərclərini artıra bilər. Əlbəttə bu, Rusiyanı güc baxımından nə NATO, nə də Çinlə müqayisə edilə biləcək hala gətirməz, amma əhalinin azsavadlı və aqressiv əhvallı qismi bunu onsuz da dərk etməyəcək. Bizim böyük güclərdən geri qalmağımızın miqyası bu qism insanlara məlum deyil və onlar illüziyalarla qidalanmağa üstünlük verəcəklər. Məhz belə yanaşma Birinci Dünya Müharibəsindən sonrakı alman revanşistlərini xatırladır.

Bir qədər də fərqlər barədə. 1930-cu illərdə hakim partiya və vermaxt, sənaye maqnatları hesab edirdilər ki, müəyyən şərait daxilində hətta bütün Avropa ilə də müharibəni udmaq olar. Elitanın bir çox nümayəndələri revanşist idilər və buna görə, həyat onları qəddarlıqla cəzalandırdı.
Bizdə isə bu gün hər-hansı resursa giriş imkanı olan elita nümayəndələri heç vəchlə revanşizm barədə düşünmür və yalnız öz ciblərini doldurmaqla məşğuldurlar. Üstəlik də hakimiyyət nümayəndələrinin ritorikası nə qədər «vətənpərvər» olursa, pul kisələri də o qədər «qalın» olur. Hamı anlayır ki, yalnız sülh şəraitində varlanmaq olur. Revanşizm ideyalarına əsaslanan böyük müharibə isə milyonlarla-milyardlarla sərvətin itirilməsinə aparan yoldur…
Dmitri Travin
Tərcümə: «AzPolitika.info»-nundurшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru