BMT Trampın qərarına arxa çevirdi

26-03-2019, 08:02           
BMT Trampın qərarına arxa çevirdi
BMT-nin Qolan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz olaraq qalır. Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik bildirib.
S.Cüjarrik deyib: “Baş katib üçün aydırndır ki, Qolan yüksəkliklərinin statusu dayişmədi. BMT-nin Qolan yüksəklikləri üzrə mövqeyi Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əks etdirilib”.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar çərçivəsində İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.