ABŞ Rusiya və NATO arasında müharibəni modelləşdirib – Polşa «açar» rolunu oynayacaq

26-03-2019, 08:04           
ABŞ Rusiya və NATO arasında müharibəni modelləşdirib – Polşa «açar» rolunu oynayacaq
«The National Interest» nəşri Avropada Rusiya ilə NATO arasında müharibənin başlanğıcını modelləşdirib və Moskvanı «neytrallaşdırmaq» üsulunu təklif edib.

Məqalənin müəllfi Mayk Pek Amerika Birləşmiş Ştatları (ABŞ) strateji və büdcə araşdırmaları Mərkəzinin tədqiqatlarına istinad edir. Bu materiallara görə, hipotetik münaqişə variantında Rusiya Estoniyanın, Latviyanın və Litvanın bir hissəsini müttəfiqlərin işə qarışmasından xeyli əvvəl ələ keçirməyə qadirdir.

«Avropa qitəsində Rusiya ilə hətta məhdud müharibədə belə, uduzmağın nəticələri alyansın vahidliyi baxımından fatal ola bilər» – deyə, Pek sənəddən sitat gətirir.

Ekspertlər ehtimal edirlər ki, müttəfiqləri qorumaq iqtidarında olmamaq alyans üzvlərinin Vaşinqtona inamını zəiflədəcək və Avropada geopolitik dəyişikliklərə gətirib çıxaracaq. Qeyd olunur ki, Moskvanın əsas üstünlüyü onun coğrafi vəziyyəti və Rusiya hərbi bazalarının necə yerləşməsi olacaq.

Belə ssenarinin qarşısını almaq üçün analitiklər «müdafiə sxemi» təklif ediblər. Sxemə əsasən, Polşa Şərqi Avropanın müdafiəsi məsələsində «açar» rolunu oynayacaq. Qəzet yazır ki, sənədin müəllifləri NATO-nu Polşa ərazisində tam gücdə olan bir ABŞ diviziyası yerləşdirməyə çağırıblar.

«Rusiyanın Kalininqraddan Litvaya quru keçid körpüsünü ələ keçirməyə cəhd etməsi ssenarisi onun nümunəsi olacaq ki, Polşa ordusu eyni rolu necə oynaya bilər» – deyə, Pek yazır.

Ekspertlər hesab edirlər ki, silahlanmış Polşa ordusu müharibə vaxtı ərazinin bir hissəsini qoruya, NATO-nun köməyə gələn hissələrinə yardımçı ola və kəşfiyyatla məşğul ola bilər. Bu zaman sənəd müəllifləri qeyd edirlər ki, Polşanın sovet dövründən qalma texnikası köhnəlib, ordunun qərb standarlarına uyğunlaşdırılması isə əhəmiyyətli maliyyə qoyuluşu tələb edir.

«Əgər Rusiyanın qarşısının alınması üçün 1 ABŞ briqadası bəs eləməsə, o zaman bir diviziya bəs edərmi?» – deyə, müəllif sual verir.

Bundan əvvəl Polşanın xarici işlər naziri Yatsek Çaputoviç ölkəsinin NATO və ABŞ-ın bölgədə iştirakının nüvəsi olmağa can atdığını bəyan etmişdi.

Varşava həm də daimi əsaslarla, bir ABŞ zirehli-tank diviziyasının ölkə ərazisində yerləşdirilməsini Vaşinqtona təklif etmişdi. Bu zaman Polşa tərəfi bunun üçün 1,5-2,0 milyard dollar xərci öz üzərinə götürəcəyini bildirmişdi. Təklif NATO çərçivəsindən kənar – ikitərəfli əsaslarla irəli sürülmüşdü. O zaman Polşanın prezidenti Anjey Duda həmin bazanı «Fort Tramp» adlandırmağı təklif etmişdi.

Əldə olan məlumata görə, hazırda Polşa ərazisində 4,5 min nəfər ABŞ hərbi qulluqçusu yerləşib.

“AzPolitika.info”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.