Müxalifətlə dialoq olacaq` - YAP-çı deputat

21-04-2015, 18:03           
Müxalifətlə dialoq olacaq` - YAP-çı deputat
“Hazırda iqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş üçün hazırlıq işləri aparılır, müəyyən sənədlər hazırlanır”.

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP təmsilçisinin fikrincə, iqtidarla müxalifət nümayəndələrinin sayca üçüncü görüşü üçün təkliflər hazırlanır.

“Bu təkliflər əsasında görüş olacaq. Hər bir siyasi partiya öz təklifini göndərib, onların arasında ən aktual olan məsələlər görüşdə müzakirə olunacaq. Görüşün vaxtı dəqiq müəyyənləşməyib”.

Dialoqun bu ay baş tutub-tutmayacağına gəlincə, Siyavuş Novruzov aprel ayının hələ bitmədiyini deməklə kifayətlənib.

Qeyd edək ki, müxalifət partiya sədrləri ilə Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov arasında sonuncu görüş fevralın 12-də baş tutub. Görüşdə dialoqun davam etdirilməsi və hər iki aydan bir keçirilməsi barədə qərar qəbul olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.