Moskva seçkilərin nəticələrindən istifadə edə bilər – GENERAL

15-04-2019, 08:37           
Moskva seçkilərin nəticələrindən istifadə edə bilər – GENERAL
Ukrayna cəmiyyəti parçalanıb, Moskva ölkədə seçkilərin nəticələrindən istifadə edə bilər.

Publika.az xəbər verir ki, bunu Ukrayna Baş qərargahının keçmiş rəis müavini ehtiyatda olan general-leytenant İqor Romanenko “Qlavred” nəşrinə bildirib.

Onun sözlərinə görə, bu, 2014-cü ildəki vəziyyətin təkrarına və toqquşmalara gətirib çıxara bilər.

“Prezidentliyə namizədləri – Pyotr Poroşenko və Vladimir Zelenski ehtiyatlılıq göstərməlidir. Uduzan tərəf həqiqətən ölkənin gələcəyi haqqında düşünürsə, məğlubiyyətlə barışmalıdır. Əks halda, Rusiya ölkənin daxilindəki qeyri-sabitlikdən öz hədəfləri üçün istifadə edə bilər. Risklər o qədər yüksəkdir ki, Rusiya tərəfindən hərbi hərəkətlər haqqında danışmaq olar”, - hərbçi hesab edir.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Qeyd edək ki, Kiyev Rusiyanı Donbasa təcavüzdə və separatçılara birbaşa dəstək verməkdə ittiham edir. Ukrayan hesab edir ki, ölkənin şərqində Kiyevin nəzarətində olmayan ərazilərdə Rusiya ordusunun bölmələri və hərbi texnikası var.

Moskva isə Donbas münaqişəsində tərəf olmadığını iddia edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.