AZAL yenə 5-likdə deyil: Gürcü səmasına onlar nəzarət edir

15-04-2019, 10:48           
AZAL yenə 5-likdə deyil: Gürcü səmasına onlar nəzarət edir
Cari ilin ilk rübündə Gürcüstanın beynəlxalq hava limanlarından 1 milyondan çox sərnişin istifadə edib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi yayıb. Məlumata görə, bu göstərici ötən ilin analoji dövründən 21% çox olub.

Agentlik cari ilin ilk rübündə ölkə əhalisinin daha çox Macarıstanın "Wizz Air" aviaşirkətindən istifadə etdiyini bildirib. Aviaşirkət Gürcüstan bazarının 15%-nə nəzarəti əlinə götürüb. Ondan sonrakı yerdə "Turkish Airlines" (11%), "Georgian Airways" (11%), "Pobeda Airlines" (10%) və "Ural Airlines" (6%) dayanıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru